Magistrlərə möhlət hüququnun verilməsi deputatlar arasında mübahisə yaradıb

Şrift : |
Tarix :13-12-2011, 20:23
Bölmə : Siyasət
Kömək :    
Baxılıb : 161 dəfə
Like :
Like :

    Milli Məclisdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi ilk oxunuşda qəbul olunub


    Bu gün parlamentin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi ilk oxunuşda qəbul edilib. Sənədin müzakirəsi zamanı vitse-spiker Ziyafət Əsgərov deyib ki, sənəddə müddətli həqiqi hərbi xidmətdən möhlət hüququnun ailə və sağlamlıq vəziyyəti ilə bağlı verildiyi qeyd olunur. Magistrlərə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, çağırış kampaniyalarının sayının 4-dən 2-yə endirilməsinə dair məsələlər qanunda yer almayıb. Ən geniş müzakirələrə də məhz magistrlərə möhlət hüqununun verilməməsi səbəb olub, bununla bağlı fikir müxtəlifliyi yaranıb.

    Qanun layihəsi barədə məlumat verən Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov deyib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi 1993-cü ildə qəbul olunub və müəyyən dəyişikliklər edilsə də, bəzi müddəaları artıq köhnəlib. Ona görə də qanun layihəsində bəzi dəyişikliyə ehtiyac var. Qanun layihəsi 9 fəsil və 54 maddədən ibarətdir.

    Z. Əsgərov onu da dedi ki, magistrlərə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, çağırış kampaniyalarının sayının 4-dən 2-yə endirilməsinə dair məsələlər qanunda yer almayıb: “Azərbaycanda ildə iki dəfə həqiqi hərbi xidmətə çağırış sisteminə keçmək mümkün deyil. Bu məsələ hərbi qurumların mütəxəssislərinin iştirakı ilə müzakirə olunub”.

    Z. Əsgərov aparılmış araşdırmaların nəticələrindən də danışıb: «Hazırda ildə 4 dəfə çağırış olduğu halda hərbi hissələrdə 6 çağırışın heyəti xidmət edir. Hər çağırışda hərbi hissələrdə şəxsi heyətin 16,6 faizi dəyişdirilir. Qanunvericiyə əsasən və dünyadakı praktikaya görə, ordunun 75 faizi döyüş hazırlığı vəziyyətində olmalıdır. İki dəfəlik çağırışa keçsək, bizdə bu rəqəm 66 faiz təşkil edəcək. Belə olan halda xidmətin müddətini 2 ilə qaldırmalıyıq. Onda da istədiyimiz səviyyəni almaq üçün 4-5 il lazımdır”. .

    Qanunda hərbi vəzifəlilərin ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırılmasına dair müddəalar da yer alıb. Qanun layihəsinin müzakirəsi zamanı ən çox mübahisə oluna məsələ magistraturaya daxil olanlara möhlət hüququnun verilməsi olub. Deputaların bir neçəsi hərbi xidmətə çağırılmamalı olduğunu və onlara möhlət hüququnun verilməsinin vacibliyini desələr də, bəziləri bunun əksinə çıxıb.

    Deputat, respublikanın keçmiş hərbi komissarı Əliağa Hüseynov magistr və doktorantura təhsili alan şəxslərə möhlət hüququnun verilməsinə qarşı çıxıb və hazırkı şəraitdə bu kateqoriyadan olanlara möhlət hüququnun verilməsi doğru olmadığını deyib.

    “Mən ölkənin hərbi çağırış sistemini bilən şəxs kimi deyə bilərəm ki bizim insan resursu ilə bağlı çətinliklərimiz var. Hazırkı şəraitdə bu kateqoriyadan olanlara möhlət hüququnun verilməsi doğru deyil. Biz müharibəyə hazır olmalıyıq. Nəyi vermişiksə artıqlaması ilə almalıyıq. Əvvəllər verilmiş torpaqları da geri almalıyıq. Onu da unutmaq olmaz ki, bütün dünya ilə üz-üzə dayanmışıq. İranla, Rusiya ilə hansı münasibətlər var, bunu nəzərə almalıyıq”, - deyə Ə. Hüseynov vurğulayıb.

    Onun sözlərinə görə, Elmi Şuraların təqdimatı və hökumətin təsdiq etdiyi siyahı üzrə müəyyən sayda insana hərbi xidmətdən möhlət hüququ verilə bilər.

    Öz növbəsində Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov konkret faktlara müraciət edərək magistratura və doktoranturada təhsil alan şəxslərə möhlət hüququnun verilməsini zəruri sayıb. A. Məhərrəmov bildirib ki, hər il Azərbaycanda 120 min nəfər orta məktəbdən məzun olur, bunun 50 mini orduya çağırılır: “Magistratura və doktorantura pilləsində təhsildən fasiləsizliyi təmin etmək üçün möhlət hüququ verilməlidir. Onlar təhsili bitirəndən sonra hərbi xidmətə getsinlər. İyirmi birinci əsr elm, təhsil əsridir. Qoy gedib magistrlər, doktoranturanı qurtaranlar xidmət etsin. Bu gün orduya əsgər istəyirsiniz. Soruşuram, biz hansı əsgərlərlə elmi inkişaf etdirməliyik?”


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31