DataLife Engine > Siyasət > Sergey Lavrov açıqlama verdi

Sergey Lavrov açıqlama verdi


24-01-2012, 11:29. Разместил: cavid
Sergey Lavrov: “Azərbaycan və Ermənistan prezidentləri bəyan etdilər ki, tərəqqiyə nail olmaq üçün maksimalist mövqedən geri çəkilmək lazımdır”


“Soçidə Rusiya prezidentinin iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Ermənistan prezidentləri kəskin mövqedən çəkilməyin zəruriliyini etiraf edib və mövqeləri yaxınlaşdırmaq üçün səyləri davam etdirməyə hazır olduqlarını bəyan ediblər”.

Bu açıqlamanı jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov verib. “Azərbaycan və Ermənistan prezidentləri bəyan etdilər ki, tərəqqiyə nail olmaq üçün maksimalist mövqedən geri çəkilmək lazımdır. Prezidentlərin üçtərəfli görüşündə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsipləri ilə bağlı razılaşdırılmamış məsələlər kompleks şəkildə müzakirə olundu. Tərəflər konkret mürəkkəb mövzularla bağlı fikir mübadiləsi apardılar və bu qənaətə gəlindi ki, işi davam etdirmək lazımdır. Görüş iştirakçıları ümumi prinsipləri üzərində işi davam etdirmək və daha sonra bu baza əsasında sülh sazişinə dair hüquqi sənədin hazırlanmasına keçmək barədə razılığa gəldilər”.

Lavrov qeyd edib ki, Rusiya vasitəçi və ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün səylərini davam etdirəcək.

Вернуться назад