 |
Şrift : |
|
 |
Tarix : | 15-09-2011, 18:42 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 326 dəfə |
Like : |
|
Like : |
|
|
İcra başçısı rayon sahibkarlarından zorla balıq dambalarını geri alır
Azərbaycanda rayon icra hakimlarinin əkəsəriyyətinin iri mülklərinin olması, rayonun onların şəxsi mülklərinə çevrilməsi barədə zaman-zaman mətbuatda məlumatlar yayılır. Belə icra başçılarından biri də Masallının icra başçısı Qəzənfər Ağayevdir. Ağayevin başçı olduğu dövrdən bəri Masallı əməlli-başlı sosial partlayışın içindədir. Rayon sakinlərinin 7GUN.AZ-a verdiyi məlumata görə, sahibkarlara heç bir şərait yaratmayan icra başçısı demək olar ki, rayonun bütün ərazisini zəbt edib. Artıq onun bu əməllərindən bezən rayon ziyalıları da ona qarşı birləşməyə başlayıblar. Qəzənfər Ağayevin Masallıda həddinədən artıq obyektləri var ki, onların da əksəriyyəti öz yaxınlarının adına özəlləşdirilib. Masallıdakı Tərəvəz bazarı, rayonun "Qala bazarı” deyilən hissəsində tikilən 40-dan çox obyekt, Qəriblər kəndi ilə Ərkivan kənd ərazisinin sərhəd hissəsində yarım hektar torpaq sahəsi, Heydər Əliyev parkının ərazisində sahəsi 250 kvadrat metr olan "Gənclik” çay evi, inşaat materialları bazarı, "Cənnət bağı” restoranı və s. başqa obyektlərinin olmasına baxmayaraq, Qəzənfər Ağayev rayonun balıqçılıq təsərrüfatını da mənimsəyib. Boradigah qəsəbəsində sahəsi 30 hektar, Boradigah qəsəbəsində sahəsi 30 hektar olan balıqçılıq təsərrüfatını tamamilə ələ keçirən Ağayev orada balıqçılıqla məşğul olan sahibkarları tamam sıxışdırıb. İcra başçısı olmasından istifadə edərək balıqçılıq dambalarını sahibkarların təzyiq yolu ilə əllərindən alaraq, onu da qohumlarının və yaxın adamlarının adına özəlləşdirib. Maraqlıdır ki, Qəzənfər Ağayevin rayonda olan obyektlərinin heç biri onun adına özəlləşməyib. Rayon sakinləri bunu belə əsaslandırırlar ki, bir neçə ay bundan əvvəl başlayan anti-korrupsiya ovundan qorxaraq, bu addımı atıb. Əgər rayona hər hansı bir yoxlama gələrsə, onun adında heç bir obyekt və ya mülk olmasın. Əksinə Qəzənfər Ağayev bununla göstərmək istəyir ki, rayonda sahibkarlıq inkişaf edir və bunun üçün kifayət qədər imkanlar var. Amma 200 hektarlıq balıqçılıq sahəsinin öz adına deyil, kimlərinsə adına olması o demək deyil ki, bu rayonda sahibkarlıq kifayət qədər inkişaf edir. Məsələ ilə bağlı yaxın günlərdə daha geniş yazı dərc edəcəyik. Bizi izləyin!
Ramin
|