Piyadalardan biri ölüb, biri yaralanıb
Şəki şəhərində yük maşını iki piyadanı birdən vurub. Şəki şəhər sakini, 28 yaşlı Qalib Nürəddin oğlu Məsimov idarə etdiyi özüboşaldan “MAZ” markalı, 55 BX 041 dövlət nişan nömrəli avtomobillə yolu keçmək istəyən piyadalar – 28 yaşlı Şəki şəhər sakini Nişanə Məmmədəmin qızı Əhmədova və onun anası, 59 yaşlı Sədayə Əziz qızı Əhmədovanı vurub. Nəticədə ağır bədən xəsarətləri alan Nişanə Əhmədova hadisə yerində keçinib. Digər piyada Sədayə Əhmədova aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı Şəki ŞPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.