İmişli poçtunda 300 min manatlıq yeyinti

Şrift : |
Tarix :16-09-2011, 15:07
Bölmə : Bölgələr
Kömək :    
Baxılıb : 469 dəfə
Like :
Like :

    Dövlətə küllü miqdarda ziyan vuran, işdən qovulan kadrı yenidən vəzifəyə qaytarıblar

    Prezident İlham Əliyev martın 1-də Bakı Biznes Mərkəzində regionların 2009 - 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransında korrupsiya ilə mübarizə haqqında demişdi:
    «Ölkənin bütün yerlərində bu məsələ ilə bağlı ciddi proseslər gedir. İlkin müsbət nəticələri görürük. Elə etməliyik ki, bu nəticələr daha da gözə görünən olsun. Daha da təsirli olsun. Bu proses bir illik, ya iki illik proses deyil. Bu kampaniya deyil. Bu bizim şüurlu seçimimizdir. Əgər biz doğurdan da ölkəmizi müasir ölkə kimi görmək, ölkədə bütün sahələrdə inkişafı görmək istəyiriksə, biz mütləq xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmalıyıq. Korrupsiya və rüşvətxorluq böyük bəladır. Böyük yaradır və bizim üçün böyük ləkədir. Elə etməliyik ki, bütün sahələrdə şəffaflıq təmin edilsin. Burada həm inzibati tədbirlər, görülür və görüləcək. Cəza tədbirləri görülür və görüləcək. Eyni zamanda biz struktur islahatlarını elə aparmalıyıq ki, korrupsiya, rüşvətxorluq üçün olan meydan tamamilə aradan götürülsün».
    Prezidentin korrupsiya ilə bağlı sərt mövqeyindən sonra demək olar ki, bütün nazirlik və komitələr antikorrupsiya tədbirləri ilə bağlı müşavirələr keçirdilər.O cümlədən Rabitə, İnformasiya Texnologiyaları naziri Əli Abbasov qeyd etdi ki, belə neqativ hallarla mübarizə güclənəcək. Amma üstündən xeyli keçməsinə baxmayaraq RİTN-də bir dəyişiklik sezilmir.
    Nazirliyin strukturlarında korrupsiya faktları hələ qalmaqdadır. 7GUN.AZ-ın əldə etdiyi məlumata görə, İmişlidə rüşvət faktına görə işdən azad edilmiş şəxsi yenidən işə götürüblər, hələ üstəlik məsləhətçi vəzifəsi də veriblər. Söhbət İmişli Regional Poçt Filialının sabiq rəisi Mürvət Rüstəmovdan gedir.
    Bu şəxs 1998-2010-cu illərdə adıçəkilən idarənin rəisi işləyib.İşlədiyi müddətdə rayonda qatı rüşvətxor kimi ad çıxarıb.2009-cu ildə İmişli Rayon Prokurorluğunun təqdimatı əsasında poçt şöbəsində yoxlamalar başlayıb. Yoxlamalar zamanı müəssisədə mübadilənin həyata keçirilməməsi, yanacaq və ehtiyyat hissələrin mənimsənilməsi faktları sübut olunub.Həmçinin digər korrupsiya faktları da aşkarlanıb. Bu səbəblərdən Mürvət Rüstəmov tutduğu vəzifədən azad olunub.
    Lakin bir neçə aydan sonra sabiq rəis həmən müəssisəyə yenidən bərpa olub. Bu dəfə məsləhətçi qismində. Əvvəla cinayət törətmiş şəxs hansı məsləhəti verə bilər? Bu birinci sualdı, digər tərəfdən həmən müəssisədə 6 nəfər yarımştat işçi , üstəlik yüksək səviyyəli hüquqşünas olduğu halda müqavilə ilə işləyən məsləhətçiyə nə ehtiyac var?
    Məsələ ondadır ki, Mürvət Rüstəmovun yaxın qohumları Rabitə Nazirliyində yüksək postlar tuturlar. Və onları deyəsən cənab nazir Əli Abbasovun antikorrupsiya tədbirləri barədə verdiyi göstərişlər qəti maraqlandırmır. Mürvət Rüstəmovun 3 oğlu nazirlikdə yüksək post tutur-Heydər Rüstəmov nazirlikdə şöbə rəisi, Rövşən Rüstəmov “Azərpoçt” MMC-də şöbə rəisi işləyir.Elə digər oğlu Xalid Rüstəmov da nazirlikdə mühüm vəzifəyə yiyələnib.
    Məhz oğlanları Mürvət Rüstəmovu, o şəxsi ki, rüşvətlə işdən qovulub yenə məsləhətçi kimi əvvəlki iş yerinə qaytarıblar.Yeni rəis Vaqif Vəliyev isə sadəcə fiqur kimi kresloda otuzdurulub.Müəssisənin faktiki rəhbərliyi yenə Mürvət Rüstəmovun əlindədir. Məhz nazirlikdən Mürvət Rüstəmovun otağı üçün sifarişlə, dövlət hesabına mebel dəsti gətirilir.Halbuki, İmişli Regional Poçt Filialında digər otaqlarda inventar çatışmır. Yeni rəisin özü belə məsləhətçinin mebelinə həsəd aparır.
    Məhz nazirlikdəki oğlanlarının hesabına Mürvət Rüstəmov 2005-ci ildən bəri kənd poçt şöbələri üçün tikilən 18-20 kv.metrlik binaların smeta layihəsini 54.200 manata sənədləşdirib.Tikintidən başı çıxmayan adam da bilir ki, toyuq hinindən azacıq böyük olan bu tikililərin mayası heç 10 min manat deyil.Mürvət Rüstəmov poçt çöbələrinin tikintisini qaynı Ağarəhim Paşayevə həvalə edərək dövlətə küllü miqdarda ziyan vurub.Təxmini hesablasaq 300-500 min manat civarında.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31