 |
Şrift : |
|
 |
Tarix : | 4-01-2012, 16:26 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 184 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycanın Zaqatala rayonunda yanğın hadisəsi baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Zaqatala Yanğından Mühafizə Hissəsindən (YMH) bildirilib.
Yanğın dekabrın 31-i saat 23.30 radələrində rayonun Çökək kəndində, Qarayeva Sevil Oloxan qızına məxsus, ümumi sahəsi 40 kv/m olan bir mərtəbəli 2 otaqlı yaşayış evində qeydə alınıb. Ev sahiblərinin evdə olmaması səbəbindən hadisə barədə Zaqatala YMH-ə gec xəbər verilib. Hadisə yerinə Zaqatala YMH-nin texnika və canlı qüvvəsi cəlb edilsə də, evin yanar konstruksiyaları və evdə olan əşyalar tamamilə yanaraq yararsız hala düşüb. İlkin ehtimala görə, yanğına evdəki elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.
Faktla bağlı Zaqatala YMH-də araşdırma aparılır.
|