 |
Şrift : |
|
 |
Tarix : | 16-09-2011, 15:15 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 328 dəfə |
Like : |
|
Like : |
|
|
“Bazarkom” Mirabbas Seyidov məktəb ərazisinə yanacaqdoldurma stansiyası tikib
Sabirabaddakı qaynaqlardan daxil olan bu dəfəki məlumat rayonun mərkəzi bazarının müdiri Mirabbas Seyidovla bağlıdır. 7GUN.AZ-a verilən məlumatlarda bildirilir ki, M.Seyidov rəhbəri olduğu bazarda sahibkarlara gün verir, işıq vermir. Mənbənin söylədikləri: "Başdan-başa antisanitariya şəraitində olan Sabirabad bazarında Seyidov əməlli-başlı rejim yaradıb. Müxtəlif bəhanələr altında sahibkarlardan pul yığır. Məlumat verən rayon sakini bildirir ki, bazarda piştaxtalar bir müddət əvvəl sahibkarlara hər kvadratmetrə görə 100 manatdan satılıb. Lakin bir neçə ay əvvəl Mirabbas Seyidov bazarda elan edib ki, piştaxtalar heç kimin deyil və bazar tam olaraq onun özəlləşdirilmiş mülkiyyətidir. Bundan sonra "bazarkom" sahibkarlara hər gün üçün 1 manatdan yer pulu təyin edib. Daha sonra isə bir həftə əvvəl yerpulları 2 manata qədər artırılıb. Məlumata əsasən bazarda baş verən qanunsuzluqlar bununla da yekunlaşmır. "Bazarkom" rayonun 1 saylı peşə texnikumunun ərazisini də artıq satın alıb. Mərkəzi bazarın yaxınlığında yerləşən bu təhsil ocağının ərazisi satın alınıb və yaxınlıqda qazdoldurma məntəqəsi inşa edilib. Sakinlər deyir ki, məntəqə fərdi yaşayış evlərinin 10 metrilyində yerləşir. Bundan başqa məntəqənin sağında bazar, qarşısında isə Sabirabad Göz Xəstəxanası yerləşir. Maraqlıdır ki, bu xəstəxananın ərazisinə də göz dikən "bazarkom" məqsədinə qismən də olsa nail ola bilib. Görəsən Fövqəladə Hallar Nazirliyinin Sabirabad Rayon şöbəsi bəs hara baxır. Axı elə az əvvəl Hacıqabulda yanacaqdoldurma stansiyasında baş verən partlayış neçə insanın həyatına son qoydu. Bəlkə bu görməməzliyə səbəb mərkəzi bazarın rəhbəri Mirabbas Seyidovun FHN işçilərinə qardaşı Əzim Seyidova məxsus “Çənlibel” restoranında pulsuz kef məclisləri təşkil etməsidir? Hansı ki, bu obyekt ətraf rayonlarda belə sırf əxlaqsızlıq yuvası kimi məhşurdur.Hər halda məsələni araşdırmağa dəyər.Fövqəladə Hallar Nazirliyinin münasibəti də bizim üçün maraqlı olacaq.
7GUN.AZ
|