Neftçala fermerləri taxıl əkməkdən imtina edir

Şrift : |
Tarix :16-09-2011, 16:12
Bölmə : Bölgələr
Kömək :    
Baxılıb : 324 dəfə
Like :
Like :

    Onlar zərərə düşəcəklərindən ehtiyatlanırlar

    “Son günlər Neftçalanın Aşağı Qaramanlı kəndinin taxılçılıqla məşğul olan fermerləri arasında işə ciddi hazırlıq görülmür.
    Bunu fermerlərin əkin üçün sahə ayırmaması və sahələrin şumlanmamasından da aydın görmək olur. Düzdur, bəzi fermerlər taxıl əkəcəkləri sahələri şumlatdırıb. Amma bu əkilməsi nəzərdə tutulan 4500 hektarlıq sahənin müqabilində xeyli azdır.
    Fermerlər taxılçılığın digər sahələrdən daha az gəlir gətirdiyi qənaətindədirlər. Ona görə də, əkinə başlamayan fermerlər, buna keçən il taxılçılığın onlara ziyanla başa gəlməsini səbəb göstərirlər: “Ötən il əkdiyim taxıldan heç bir xeyir göturmədiyimə görə, bu il taxıl əkməyəcəyəm. Çünki taxılın maya dəyəri çox aşağıdır”, - deyə fermer Qara Abbasov şikayətlənib.
    Yerli fermerlər taxılçılıq sahəsinə marağın azalmasını digər kənd təsərrufatı bitkilərinin daha çox gəlir gətirməsilə əsaslandırır. Kəndin bəzi fermerləri isə məhsuldarlığın aşağı olmasını yuksək reproduksiyalı taxıl toxumlarını əldə edə bilməmələrilə izah edir.
    “İndiyə qədər torpaq hələ şumlanmayıb. Ona görə ki, əkdiyimiz toxumlar bizi qane etmir. Həddindən artıq ziyana düşmüşük, geri qalmışıq. Əkdiyimiz toxumla sahələrdən xeyir göturə bilmirik”, - deyə fermer Əziz Əliyev vurğulayıb.
    Neftçala rayon dövlət toxumçuluq mufəttişliyinin rəisi Həsən Nədiyev isə yerli şəraitdə taxılın maya dəyərinin nisbətən baha başa gəldiyini etiraf edir. Onun sözlərinə görə, dövlət bunu nəzərə alaraq, fermerlərə ildə iki dəfə subsidiya verir ki, müəyyən xərcləri kompensasiya edə bilsinlər. Fermerlərin toxumla bağlı probleminə gəlincə, Həsən Nədiyev bu barədə də problemlərin aradan qaldırıldığını bildirir: “Hazırda rayonumuzdakı anbarda 2 min tona yaxın dərmanlaşdırılmış sertifikatlaşdırılmış toxumlarımız var. İstənilən fermer bizim toxum mufəttişliyinə muraciət edib, həmin toxumları razılaşma yolu ilə muəyyən qiymətlərlə ala bilər. Bu barədə bizim heç çətinliyimiz yoxdur”.
    Sonda toxumçuluq mufəttişliyinin rəisi onu da bildirib ki, hazırda rayonda 16 özəl toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.

    Ramin


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31