Beyləqan Təhsil Şöbəsində “fövqəladə” iclas

Şrift : |
Tarix :17-09-2011, 10:27
Bölmə : Bölgələr
Kömək :    
Baxılıb : 394 dəfə
Like :
Like :

    Tofiq Sadıqov direktorlara səslənib: «Təcili 200 manatdan pul yığın, vəziyyət ağırdı, mən işləməsəm, siz də işləməyəcəksiniz!»

    Təhsil ictimaiyyətinin leksikonuna möhkəm daxil olan və ələlxüsus da əyalət təhsil şöbələri müdirlərinin hesabatlarında tez-tez yer alan belə və buna bənzər bir cümlə var: «Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq təhsil müəssisələrimizdə ölkənin inzibati, ictimai və təsərrüfat sahələrində fəal iştirak etməyə qadir, hərtərəfli inkişaf etmiş gənclər hazırlamaq, gənc nəsli vətəndaşlıq və vətənpərvərlik ruhunda tərbiyə etmək əsas vəzifələr kimi başa düşülür».
    İndisə gəlin görək, kim öz vəzifəsini necə başa düşür? Məsələn, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov yuxarıda göstərdiyimiz tezisdə ehtiva olunan sözlər sırasında yalnız «bazar» ifadəsini əldə rəhbər tutur və rəhbərlik etdiyi sistemi sözün əsl mənasında bazara çevirib. Belə yarıtmaz siyasətin nəticəsidir ki, Beyləqanın məktəblərində iş getmir, gedirsə də formal xarakter daşıyır.
    İrəliləyən sətirlərdə yeni başlayacaq tədris ilində, Beyləqanın müəllim və şagirdlərini gözləyən bəd sürprizlərdən söz açacağıq. Ancaq bəri başdan xatırlatmaq istəyirik ki, RTŞ-nin müdiri Tofiq Sadıqovun qol qoyduğu qanunsuzluqlar, indiyədək rəvac verdiyi cinayət xarakterli əməllər, kobud hüquq və maliyyə pozuntuları onu dəmir barmaqlıqlar arasına salıb, mühakimə etmək üçün yetərdi. T.Sadıqovun cinayətlərini xatırladarkən, öncədən bir ingilis məsəlini nəql etməyə lüzum görürük. Rəvayətdə deyilir: bir gənc oğlan bir müdrik qocadan soruşur ki, kamil insan olmaq üçün nə qədər oxumaq lazımdır? Qoca cavab verir ki, bundan ötrü kollec qurtarmaq lazımdır. Gəncin təəccüb və sual dolu baxışlarını müşahidə edən ağsaqqal söylədiklərini belə bir arqumentlə əsaslandırır: «Kollecin birini baban, ikincisini atan, üçüncüsünü isə özün qurtarmalıydın».
    Bu məsələdə ehtiva olunan həqiqəti tam çılpaqlığı ilə sadıqovların timsalında görmək mümkündür. Daha əvvəl bu mövzuda öz yazdıqlarımızı və başqa qəzetlərdə yazılanları oxuduqlarını oxucuların boynuna qoymaq istəmirik. Onların sırasına yeni qatılanlara bildiririk ki, mətbuatda Tofiq Sadıqovun diplomunun saxta olması barədə tutarlı fakta söykənən məlumatlar dərc olunub. Onun vur-tut bir səhifədən ibarət olan «diplom»unun surəti qəzet səhifələrində yerləşdirilib və həmin «sənəd»də göstərilib ki, T.Sadıqov guya 1968-ci ildən 1979-cu ilədək, yəni 11 il təhsil alıb. Hətta o da yazılıb ki, Sadıqov həmin 11 illik intervala təsadüf edən vaxtda Azərbaycandan kənarda ağır cinayət hadisəsi törədib. Tofiq Sadıqovun mərhum atası «taxta-şalban Musa» ləqəbli Musa Sadıqov da saxta diplomla idarə rəisi işləyib. İşin üstü açılanda isə intihara əl atıb.
    Beləliklə, Tofiq Sadıqovun şəxsi portret cizgilərini çəkərkən, gəldiyimiz ilk qənaət budur ki, o da «saxtakarlıq kolleci»ni qurtarıb. Hərçənd, Musa Sadıqovu özünə qəsd etdirən dərəcədə vicdanı olub. Heç olmasa, buna görə ona rəhmət düşür. Tofiq Sadıqov isə lənətdən başqa o dünyaya aparası bir şey qazanmayıb. Saxtakarlıq fəndgirliyini öz övladlarına öyrədib-öyrətmədiyinin yerinə çatmağa cəhd etməmişik. Cəht etsək belə, bir əyintinin mövcudluğunun şahidi olsa, nəticə çıxarmağa haqqımız olacaq ki, saxtakarlıq sadıqovların qanındadır. Bu şübhələrimizin yanlış olmasını arzulayırıq və ümid edirik ki, Tofiq Sadıqovdan törəyənlərin diplomları ----- olacaq. Tofiqin özünə gəlincə isə, yaxşı olardı ki, atası kimi -------- etməyə özündə qüvvə tapmasa da, heç olmasa könüllü olaraq vəzifə kürsüsünü tərk etməyə qeyrəti çataydı.
    Ancaq onu dəqiq bilirik ki, T.Sadıqovun başqalarının övladlarına korrupsiya dərsi keçməyə haqqı yoxdur. Ələlxüsus da şəxsi nümunə göstərmək vasitəsilə.
    Artıq yeni 2011-2012-ci dərs ili yetişmək üzrədir. Respublikanın təhsil ictimaiyyəti dərs ilinə son hazırlıq işlərini görürlər. Tofiq Sadıqov da özünəməxsus surətdə hazırlaşır. Ötən dərs ilinin qeyri-qənaətbəxş göstəricilərlə yekunlaşması, Beyləqan məktəblərinin məzunlarının ali məktəblərə qəbul səviyyəsinin, imtahanlarda topladıqları orta balın aşağı düşməsi onun qətiyyən vecinə deyil. Etibarlı mənbələrdən daxil olan səhih məlumata görə, 23 avqust 2011-ci il tarixdə gündüz saat 11:00-da RTŞ-nin iclasını keçirən T.Sadıqov məktəb direktorlarını yığaraq, hər birinin qarşısına 200 AZN gətirmək tələbi qoyub və bildirib ki, yığılacaq pul «yuxarıya» ötürüləcək. Üstəlik əlavə edib ki, əgər pul çatdırılmasa, özünün də, onların da aqibəti pis olacaq. «Mən işləməsəm, siz də işləməyəcəksiniz!»
    Sadıqovun yeni dərs ilinə hazırlıq mövsümündə həyata keçirdiyi ardıcıl korrupsiya tədbirləri sırasında dərsliklərlə bağlı yürütdüyü siyasət ayrıca yer tutur. Dəqiqləşdirilmiş məlumata görə, RTŞ müdiri Beyləqan məktəbləri üçün nəzərdə tutulmuş dərsliklərin xeyli hissəsini rayonda və paytaxtda bazarlara çıxartdıraraq satdırır. Məktəblərə verilən dərsliklərə və dərs vəsaitlərinin müqabilində isə direktorların hərəsindən 30-40 manat «maşınpulu-daşınma xərci»nin ödənilməsini tələb edir, dərsliklərin üzərinə yazılan «pulsuz» sözü isə elə bil Tofiq Sadıqovun heç diqqətini çəkməyib. Bundan əlavə, RTŞ müdirinin tətbiq etdiyi bazar qanunlarına görə müəllimlərin istifadəsinə verilən dərs jurnalları 5 manata və məktəblilərin «şagird gündəliyi» onlara 1 manata satılır. O da məlumdur ki, şöbə müdiri hər bir məktəb direktoruna ştat cədvəlində texniki işçilərin siyahısında heç olmasa, 3-4 «ölücan» saxlamağı göstəriş verib ki, onun aylıq pul tələbatını ödəyə bilsinlər. Bu praktikadan təkcə korrupsiyaya qurşanan T.Sadıqov və onunla əlbir olan məktəb direktorları deyil, həm də özləri olmaya-olmaya adları işdə gedən şəxslər də irəli düşürlər. Birincilər pul, ikincilər staj qazanırlar. Çox acınacaqlıdır ki, bu işə qol qoyanlar arasında rayonun rəhbər vəzifəli şəxslərinin də adları çəkilir. Bildirilir ki, RİH-də məsul vəzifə daşıyan Ramiz adlı şəxsin Rusiya Federasiyasında yaşayan Nərmin Əliyeva adlı qızı 4 saylı məktəbdə müəllimə kimi rəsmiləşdirilib. Və dövlətin pulunu dədə malı kimi həzmi-rabedən keçirib.
    RTŞ müdirinin cari və əsaslı təmir adı altında mənimsədiyi vəsait ayrıca bir söhbətin mövzusudur. Son dövr belə mənimsəmə halları Beyləqan 1 saylı məktəbin və RTŞ-nin metodiki kabinetinin əsaslı təmiri adı ilə həyata keçirilib. Bildirilir ki, bu korrupsiya və maxinasiya əməliyyatında T.Sadıqov dövlət tərəfindən ayrılan vəsaitin 70-80 min manatını da «həzm etməyə» başlayıb. Metodika kabinetinin müdiri Həsən Məmmədova isə bu barədə suallarımızı vermək üçün ona telefon açdıqda bizə məsləhət gördü ki, təmir pulunun təyinatı üzrə və səmərəli xərclənib-xərclənmədiyi barədə sualı RTŞ müdirinə ünvanlayaq. Bu cavab dolayısı ilə o deməkdir ki, Sadıqov təmirə ayrılmış pulları mənimsəmək imkanını özündən başqa hamı üçün əlçatmaz edib.
    Metodmərkəzin təmirinə bunca böyük kəmiyyətdə pul ayrılsa da, qurumun özünün fəaliyyəti günün tələblərinə cavab vermir. O, əhəmiyyətsiz quruma çevrilmiş, qüvvəsindən səmərəli istifadə olunmamışdır. RTŞ onun metodmərkəzi və təhsil müəssisələri bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət göstərsələr də, şöbə müdiri ilə məktəb direktorları korrupsiya müstəvisində tez-tez bir araya gəlirlər. RT Şurasında guya hansısa məsələlər müzakirə olunmuş kimi qələmə verilir. Təbii ki, həmin «müzakirələrin» işin yaxşılaşdırılması üçün heç bir xeyri olmur, tematik və hərtərəfli yoxlamalara dair hazırlanmış səthi arayışların müzakirəsi zamanı ciddi qərarlar qəbul edilmir.
    Əvəzində isə metodmərkəzin təmirinə ayrılmış pullar RTŞ müdirinin Beyləqandakı 6 saylı məktəbin həyətyanı ərazisində tikdirdiyi restoranının tikintisinə xərclənir. Təhsil nazirliyindən, habelə digər qurumlardan gələn təftiş komissiyalarını Tofiq Sadıqov öz şəxsi restoranında artıq qəbul etməyə hazırlaşır. Belədə komissiyalara verilən qonaqlıqların xərci bir az azalacaq. Çünki “Xan Bağı” restoranı RTŞ müdürinə şişirdilmiş qiymətlə qulluq edir. Hər halda Sadıqov özü bunu yaxınlarından birinə şikayətlənəndə deyirmiş.
    Həmçinin direktorlara Heydər Əliyev Fondunun adı ilə hədə qorxu gələn və baha qiymətə məktəbli formaları sırıyan ( guya məktəbli formasını tikən və satılması üçün Beyləqana göndərən şəxs Fondda vəzifə sahibidir) Tofiq Sadıqov bu alverdən də küllü-miqdarda pul əldə edib.Hər bir məktəb direktoru ən azı 3000 manat ziyana düşüb.
    Hazırda Beyləqan təhsilini acınacaqlı durumdan çıxarmaq üçün heç bir müzakirəyə ehtiyac yoxdur. Buna nail olmaq üçün qəbul edilməsi gərəkən ən ciddi qərar Tofiq Sadqov barəsində həbs-qətimkan tədbiri seçmək olardı. Doğrudur, RTŞ müdirini sadəcə vəzifədən kənarlaşdırmaqla da təhsilin durumunu «ölü nöqtədən» tərpətmək olar. Amma T.Sadıqov cinayət məsuliyyətinə cəlb olunsa, başqalarına da dərs olar!
    Daxil olan son məlumata görə Təhsil Nazirliyindən gələn yoxlama rayondan “əli dolu” qayıdıb. İcra başçısı İrşad müəllim isə Tofiq Sadıqova bildirib ki, qəti narahat olma, nə qədər ki, mən Beyləqanın icra başçısıyıam, sən də RTŞ-nin müdiri olacaqsan.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31