 |
Şrift : |
|
 |
Tarix : | 25-01-2012, 14:45 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 486 dəfə |
Like : |
|
Like : |
|
|
Salyan rayon Mərkəzi Xəstəxanasında rüsvayçılıq
Rayon xəstəxanasında qiymətlərin baha olması əhalini cana yığıb, sakinlər pullu xidmətə görə çox narahatdır
Salyan rayon Mərkəzi Xəstəxanasında rüşvət halları davam edir. Xəstəxanaya müraciət edən rayon sakinlərindən qeydiyyat otağından başlayaraq pul tələb edirlər. Pul verməyən xəstələr üçün süni əngəllər yasradılır. 7GUN.az-a daxil olan məlumata görə, xəstəxanada pul verilmədiyi halda vəziyyət heç də ürək açan olmur. Çünki burada çalışan həkim kollektivini xəstənin ölüb-ölməməsi qəti maraqlandırmır. Əməkdaşımızla sözhbət edən rayon sakini çox maraqlı açıqlamalar verib: “Dəfələrlə Səhiyyə ocaqlarında pulsuz xidmətin olmasına rəğmən bu gün rayon xəstəxanasına müraciət edənin əli mütləq cibində olmalıdır. Əks halda xəstənin durumu heç kimi maraqlandırmayacaq. Mən bu yaxınlarda xəstəliyimlə əlaqədar olaraq Rayon Mərkəzi xəstəxanasında oldum. Orada məndən ilk növbədə xəstəliyimi yox, verəcəyim pulu soruşdular. Mən də həmin həkimə pulumun olmadığını dedim. Və həkim məni müayinə etməkdən imtina etdi. Bu gün rüşvətxorluğa qarşı aparlıan mübarizə tədbirləri təsüflər olsun ki, bu rayonda öz bəhrəsini verməyib”. Deyilənlərə aydınlıq gətirilməsi məqsədilə Salyan rayon Mərkəzi Xəstəxanasına bir neçə dəfə zəng etdik. Lakin xəstəxanadan zənglərimizə cavab verən olmadı. Məsələ ilə bağlı araşdırma aparlıması zəruridir. Odur ki, Salyan rayon Mərkəzi Xəstəxanasında baş verən qanunsuz əməllərlə bağlı geniş araşdırmalarımız olacaq. Həmin araşdırmalarımızı yaxın günlərdə təqdim edəcəyik. Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq. Bizi izləyin...
Xuraman Peymanova
|