 |
Şrift : |
|
 |
Tarix : | 28-01-2012, 08:49 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 224 dəfə |
Like : |
|
Like : |
|
|
Gürcü tarixçiləri bunu Fransa demokratiyası üçün növbəti rüsvayçılıq hesab edir
Fransa senatının qondarma erməni soyqırımı ilə bağlı qanuna munasibət bildirən gürcü professor Quram Lordkipanidze deyib:
"Həqiqətən türklər xalqı sivil xalqdır və o yaxşı bilir ki, tarixdən bu günkü siyasi oyunlar üçün istifadə etmək yolverilməzdir. Bilirəm ki, Türkiyənin baş naziri növbəti qərarı gözləyir. Çünki prezident Nikola Sarkozi senatın qərarını ya təsdiq etməlidi, ya da əksinə. Bundan sonra təbii ki, Fransaya qarşı siyasi, iqtisadi və hərbi əməkdaşlığa dair sanksiyalar tətbiq ediləcək. Biz hələ də gürcülərin Abxaziyadan qovulmasında «baqramyan» batalyonunun nələr etdiyini unutmamışıq. Mən qaçqınların çoxu ilə söhbət etmişəm, onlar da bu barədə dəhşətli faktlar danışırlar. Ona görə də, ermənilər uydurma soyqırım iddialarından əl çəkib başqa xalqların verdiyi qurbanlardan da danışmalıdır."
|