 |
Şrift : |
|
 |
Tarix : | 17-09-2011, 16:12 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 621 dəfə |
Like : |
|
Like : |
|
|
Tofiq İbrahimov rayonu fəlakətə aparır
Cənub bölgəsinin mərkəzi sayılan Lənkəran rayonu bir neçə ildir ki, məmur özbaşınalığı və onun yaratdığı problemlərdən yaxa qurtara bilmir.Ümumiyyətlə, bölgədə və xüsusən də bu rayonda olan problemlər mətbuatda dəfələrlə işıqlandırılsa da, təəssüflər olsun ki, yuxarı dairələr heç bir müsbət addım atmayıblar. Hazırda Lənkəranı Milli Məclisdə dörd seçki dairəsi üzrə dörd millət vəkili təmsil edir. Həmin millət vəkilləri isə bu günə qədər bir dəfə də olsun, rayonun problemləri ilə bağlı heç bir tələb qaldırmayıblar. Son bir neçə ildə isə Qəbələ rayonundan Lənkərana göndərilən icra başçısı Tofiq İbrahimovun nəzarətsizliyi ucbatından sözügedən rayon tam məmur inhisarçılığının altına düşüb. Burada baş verənlər və qanunsuzluqlar da bunu təsdiq edir. Redaksiyamıza məlumat verən bir neçə lənkəranlının üzləşdiyi problem rayonda məmur özbaşınalığının hansı həddə olduğunu bir daha ortaya qoyur. Sakinlər bildirirlər ki, rayonun 9 kəndində – Şiləvar, Digah, Sütəmurdov, Velədi, Alıxovka, Darquba, Az-filal, Veravul və eləcə də digər dağ kəndlərində indiyə qədər torpaq islahatı keçirilməyib. Buna baxmayaraq, həmin kəndlərdə torpaq satışı tüğyan edir. Veravul və Şiləvar kənd sakinlərinin verdiyi məlumata görə, torpaq satışını icra başçısının birinci müavini İlqar Dadaşov həyata keçirir. Lakin bu məsələdə adı az hallansın deyə, bunu aqrar məsələlər üzrə şöbə müdirinə həvalə edib. Mənbə bildirir ki, bu məsələdə torpaq komitəsinin Lənkəran şöbəsinin müdiri Natiq Quliyevin də xüsusi xidməti var. Onun sözlərinə görə, rayonun başçısı Tofiq İbrahimov olsa da, rayonu faktiki olaraq, İlqar Dadaşov idarə edir. O, sadəcə, görülən işlər barədə icra başçısına məlumat verir. Vətəndaşlar icra başçısının müavini ilə dəfələrlə görüşərək, adıçəkilən kəndlərdə torpaq islahatının aparılmadığını desələr də, heç bir nəticəsi olmayıb:”Bir neçə dəfə bu məsələ ilə bağlı icra başçsının müavini İlqar Dadaşovla, torpaq məsələləri üzrə şöbə müdiri Natiq Quliyevlə görüşmüşük. Onlara kəndlərdə islahatların aparılmadığı barədə məlumat vermişik. Ancaq heç bir nəticəsi olmayıb. Onlar özləri də bunu bilirlər. İcra başçısı ilə görüşməyə cəhd etsək də, onu aparatda tapa bilmirik. Bizə deyirlər ki, Tofiq müəllim burada yoxdur. Vacib işləri var. Elə bil, məmurlar başçını xalqdan gizlədirlər. Qoymurlar ki, vətəndaşlar öz problemlərini ona desinlər”. Mənbə onu da bildirir ki, həmin kəndlərdə islahat aparılmadığı halda torpaq satışı həyata keçirilir. Bunun qanunsuzluq olduğunu deyən sakinlər vurğulayırlar ki, buna görə icra başçısı və bütün məmurlar məsuliyyət daşıyırlar: “Necə ola bilir ki, həmin kəndlərdə islahat keçirilmir, ancaq torpaq satılır. Buna görə icra başçısı birbaşa məsuliyyət daşıyır. Ona görə tələb edirik ki, icra başçısı bizi qəbul etsin. Lənkəranda məmurlar at oynadır. Bizim səalhiyyətimiz yoxdur ki, onlara bir söz deyək. Necə olur, Gərmətük kəndində islahat keçirilir, ancaq onunla birləşən Velədi kəndində aparılmır. Veravul kəndi ilə şəhərin arası 13 km-dir. Niyə Girdənidə islahat keçirilir, hamıya pay torpaqları verilir, ancaq Veravulda bunu etmirlər. Bizim qanuni torpaqlarımızı başqalarına niyə satırlar? Tofiq İbrahimov niyə buna göz yumur? Beş-altı ildən sonra bu kəndlərdə heç kəs övladına ev tikməyə torpaq tapa bilməyəcək”. Bununla yanaşı, vətəndaşlar bildirirlər ki, son günlər rayonda acınacaqlı ekoloji durum və sosial problemlər mövcuddur. Vətəndaşlar dəfələrlə İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir nəticəsi olmayıb. Onlar bildirirlər ki, tikinti bumu ilə əlaqədar olaraq, ağaclara, daha doğrusu, yüz illər boyu yetişdirilən yaşıllıqlara divan tutulur. Kəsilmiş ağaclıqlarda isə biznes və iaşə obyektləri tikilir. Qeyd edək ki, son on ildə ən çox icra başçısı dəyişikliyi Lənkəran rayonunda olub. Ancaq bu müddət ərzində hər yeni təyin olunan icra başçısı problemləri həll etmək əvəzinə, rayona yeni çətinliklər gətirib. Problemlə bağlı şikayətlərə gəldikdə isə sakinlər bildirirlər ki, bununla bağlı müvafiq dövlət qurumlarına, nazirliklərə də müraciət etmişik. Tələblərinə cavab verilmədiyi təqdirdə etiraz aksiyaları keçirəcəklərini və paytaxta axışacaqlarını deyən lənkəranlılar artıq buna hazırlıq işlərinin getdiyini də deyirlər:” Əgər rayonda qanunsuz torpaq satışına, ağacların kəsilməsinə, yolların bərbad halda olmasına göz yumacaqlarsa, biz də etirazımızı bildirəcək, aksıyalara start verəcəyik. Tələb edirik ki, 9 kənddə torpaq islahatı aparılsın. Bu islahat aparılmayacaqsa, buna görə məsuliyyəti icra başçısı və onun məmurları daşıyır” – deyə İcra Hakimiyyətinə mesaj göndərdilər. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Ramin
|