Hökuməti saymayan icra başçısı

Şrift : |
Tarix :19-09-2011, 19:10
Bölmə : Bölgələr
Kömək :    
Baxılıb : 509 dəfə
Like :
Like :

    Qəzənfər Ağayev rayonun abadlaşdırlması üçün ayrılan pulları kimə arxalanaraq mənimsəyir?

    Dəfələrlə ölkə mətbuatında Masallı rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayondakı qanunsuz əməlləri barədə məlumatlar verilib. Həmin məlumatlarda Ağayevin özünü Masallının ağası kimi aparması, rayonda sözün əsl mənasında monopoliya yaratması kimi məlumatlar yer alıb.
    Ümumiyyətlə, əksər icra başçıları hansısa rayonda özbaşınalıqla məşğul olan zaman yuxarı dairələrdəki məmurlara arxalandıqlarını cəmiyyətə sırımağa çalışırlar. Mətbuatın onların qanunsuz əməlləri ilə bağlı yazıları dərc olunanda da ya həmin mətbu orqanı məhkəməyə verməklə hədələyir, ya da müxtəlif təzyiqlərdən istifadə etməklə onları susdurmağa çalışırlar. Təki, əməllərinin üstü açılmasın.
    Cənub bölgəsi birbaşa olaraq icra başçılarının hücumuna məruz qalıb. Sözün əsl mənasında, yerli məmurlar sadə vətəndaşları isismar etməklə məşğuldurlar. Bu özbaşınalığın ən dözülməz həddi Masallı rayonundadır. 2006-cı ildə Masallının icra başçısı vəzifəsinə təyin olunan Qəzənfər Ağayevin yerli əhali ilə münasibətləri həmişə kəskin və ziddiyyətli olub. Rayonda torpaq sahələrinin ucdantutma satılması ilə başlanan bu ziddiyyət sonrakı mərhələlərdə aksiyalarla yadda qaldı. İşə başladığı ilk günlərdən əhali ilə icra başçısı arasındakı ziddiyətli münasibətlər bəzən qarşılıqlı xoşagəlməz ifadələrə kimi yüksəlib. Masallı sakinləri onun qanunsuz hərəkətləri, sahibkarları çökdürən addımları barədə Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına minlərlə şikayət ərizəsi yollayıblar. Rayonun ziyalıları dəfələrlə Bakıya gələrək yüksək vəzifəli dövlət məmurlarının qəbulunda olub, icra başçısının əməllərinə son qoymağı xahiş ediblər. Lakin Qəzənfər Ağayev rayon əhalisinin sərt təpkisinə baxmayaraq, vəzifəsindən çıxarılmayıb.
    Onu da xatırladaq ki, ötənilki bələdiyyə seçkiləri ərəfəsində Masallıda icra başçısına qarşı bir xalq etirazı başlamışdı. Həmin aksiya bələdiyyə seçkilərinə qatılmaq istəyən ata-oğul iki sahibkarın icra başçısı Qəzənfər Ağayevin göstərişi ilə həbs olunması ilə bağlı idi. İcra başçısının ünvanına kəskin ifadələr işlədən bir sıra ziyalılar Qəzənfər Ağayevə və onun arxasında dayananlara çox sərt mesaj göndərmişdilər. Qeyd edək ki, Masallı rayonu cənub bölgəsi ilə paytaxt və digər rayonlar arasında qapı rolunu oynayır. İrandan ölkəyə gətirilən narkotik maddələrdən tutmuş digər qaçaqmalçılığa qədər hər şey bu rayondan keçirilir.
    Ağayevin rayondakı əməlləri bununla da bitmir. Dövlətin ayırdığı vəsaitləri yeyərək, müəyyən iş üçün ayrılan vəsaitin öədənilməsini isə yerli məmur və sahibkarların boynuna qoyur. Buna misal olaraq, bir neçə ay bundan qabaq rayonun Güllütəpə və digər kənd yollarının asfaltlaşdırılması məqsədilə hökumət tərəfindən küllü miqdarda pul ayrılmışdı. Məlumata görə, həmin vəsait ayrılan zaman Qəzənfər Ağayevə pulun qəpiyinə kimi yolun çəkilməsinə xərcləmək tapşırılmışdı. Lakin icra başçısı bu dəfə də verilən tapşırıqlara məhəl qoymayaraq, pulu həzmi-rabedən keçirmişdi. Üstündən bir neçə gün keçdikdən sonra öz adamlarını rayonun canına salaraq həmin pulun yığılıb verilməsini tələb etmişdi. Görünür, Qəzənfər Ağayev rayonun abadlaşdırılması üçün ayrılan pulları mənimsəyərək, işin görülməsi üçün yuxarıdan verilən tapşırıqları da qulaqardına vurur.
    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31