 |
Şrift : |
|
 |
Tarix : | 22-09-2011, 13:57 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 397 dəfə |
Like : |
|
Like : |
|
|
Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Hacıyev təhsili əsl bazara çevirib
Bu gün ölkəmizdə korrupsiya və rüşvətxorluğa qarşı irimiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Bu tədbirlərin dgər sahələr kimi ölkənin təhsil sisteminə də şamil olunması, həmçinin respublikanın təhsil sistemində ümumilikdə uğurla həyata keçirilən əsaslı islahatlar əlbəttə ki, tədricən öz müsbət nəticələrini verir və Azərbaycan təhsilinin nə vaxtsa qabaqcıl dünya standartlarına uyğun səviyyəyə çıxacağına ümid yaradır. Lakin ümumilikdə uğurla həyata keçirilən islahatların fonunda bəzi strukturlarda hələ də yaşanmaqda olan ciddi kadr problemləri xüsusilə diqqəti çəkir. Məlum olduğu kimi təhsil sahəsində baş verən neqativ hallar digər sahələrlə müqayisədə daha tez ictimai rezonansa səbəb olur. Nəticədə isə vətəndaşların şikayət dolu ərizə və məktubları müxtəlif instansiyalara ünvanlanır. Rüşvətxorluğa öyrəşmiş məmurlar bu vərdişlərindən heç cür əl çəkə bilmirlər. Hətta bəzən insanda elə təəssürat yaranır ki, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə hələ də əyalətlərə gəlib çatmayıb. Özlərini hər rayonun ağası kimi aparan bu məmurlar qanunla işləmək əvəzinə, daha çox öz prinsiplərini yeritməyə çalışırlar. Məhz buna görə də, ölkədə aparılan korrupsiyaya qarşı mübarizə regionlarda öz nəticəsini vermir. Bu gün ölkənin təhsil sistemı strateji əhəmiyyət kəsb edən, xalqımızın gələcək müqəddəratını müəyyənləşdirən bir sahə kimi dövlətimizin xüsusi diqqət mərkəzində saxlanılır, bu sahənin inkişafına böyük qayğı göstərilir. Təhsil sahəsində həyata keçirilən əsaslı islahatlar da məhz gənc nəslin sağlam düşüncəli, elmi biliklərə dərindən yiyələnmiş və müasir dünya görüşünə sahiblənmiş vətəndaşlar kimi formalaşdırılması məqsədinə xidmət edir. Lakin aparılan islahatlara baxmayaraq, bu gün məhz təhsil sahəsində hələ də ciddi kadr problemləri müşahidə olunmaqdadır və bu problemlərin ölkəmizin təhsil sistemi üçün dərin fəsadlar törədir. Ali məktəblərə son qəbul imtahanları hansı rayonun təhsil sisteminin inkişaf, hansının geridə qaldığını açıq-aydın göstərdi. Bir müddət əvvəl Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri (TQDK) Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında yüksək və zəif nəticə göstərən şəhər və rayonların adlarını açıqladı. Təbii ki, ən yüksək nəticələr həmişəki kimi Bakı və Sumqayıt məktəbləri tərəfindən əldə olunmuşdu. Bir-iki rayonu çıxmaq şərtilə qalan rayon məktəblərinin əksəriyyəti builki imtahanlarda aşağı nəticə göstərmişdilər. Bu gün təhsil sistemində ciddi problemlər yaşanan bölgələrimizdən biri də Qəbələ rayonudur. Rayonun infrastrukturu son bir neçə ildə inkişaf etsə də, təhsil sistemindəki çatışmazlıqlar hələ də qalmaqdadır. Rayon Təhsil Şöbəsinin müdiri Oqtay Hacıyevin səriştəsizliyi, işində yol verdiyi ciddi qanun pozuntuları, həmçinin müəllim əxlaqı ilə bir araya sığmayan şəxsi keyfiyyətləri təhsilin səviyyəsini son illər ərzində ən aşağı həddə endirmişdir. Rayon müəllimlərinin 7GUN.AZ-a verdiyi məlumata görə, Oqtay Hacıyev rayon təhsilində əsl bazar açıb. Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən təqaüd yaşı çatmış müəllimlərin hamısı işdən çıxdılar. Onların yerinə isə götürülməli olan cavan kadrlar isə Qəbələdə süründürməçiliyə məruz qalıblar. Təhsil şöbəsinin müdiri yuxarı dairələrdə tanışlarının olmasını az qala camaatın gözünə soxaraq, istədiyini edir. Heç bir müəllimi pulsuz işə götürməyən şöbə müdiri, nazirin əmrini belə saymır. Artıq dərs ili başlayıb. Qəbələnin əksər kənd məktəblərində isə müəllim çatmır. Amma Oqtay Hacıyev rüşvət almadan müəllimləri işə götürmək istəmir. Sonra da Təhsil Nazirliyi haray salır ki, orta məktəblərə müəllim çatışmır. Bundan başqa müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Hacıyev həmin saatlarını məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakultativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir. Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır. Bir sözlə Qəbələ təhsili bu gün ən ağrılı günlərini yaşayır. Onu bu vəziyyətdən çıxarmaq üçün mütləq köklü islahatlar lazımdır. Yoxsa, anası ağlar qalan təhsilimizin olan-qalanını da itirəcəyik. Qəbələ rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı araşdırmamızı davam etdirəcəyik.
7GUN.AZ
|