 |
Şrift : |
|
 |
Tarix : | 19-07-2011, 12:35 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 606 dəfə |
Like : |
|
Like : |
|
|
Rayonda məmur özbaşınalığı,haqsızlıq son həddə çatıb.
Azərbaycanın digər əyalətlərində olduğu kimi Saatlı rayonunun da özünəməxsus özəllikləri var. Müəllimi rəzil və qorxaq, həkimi alverci, axundu isə pula həris olan bu rayonda hara baxırsan gordüklərin ancaq ürək bulandırır.Anti karrupsiya tədbirlərinin yan keçdiyi Saatlıda səlahiyyət sahibləri nə istəyir onu da edir.Ruşvət və karrupsiya yenə əvvəlki kimi rayonu oz ağuşuna alıb.Cəmiyyətin bəlası olan yaltaqlıq və məddahlıq kimi hallar məşədisinə, hacısına, bir sözlə özünü ziyalı və dindar adlandıran hər bir kəsinə sirayət edib.Rayonun səlahiyyət sahiblərinə olunan şikayətlərin faktiki olaraq heç biririnə baxılmır.İşsizlik və safalət baş alıb gedir. Rayonda gözə görünən yaxşı nə varsa hamsı vəzifə başında olan işbazların əlində cəmlənib. Qanunlar işləmir. Prezdentin verdiyi fərman və sərəncamlara gəldikdə isə bu yalnız məmurların şəxsi büdcələrini doldurmaqdan başqa heç nəyə yaramır.Pulun əsas dəyər prinsipinə çevrildiyi bu rayonda sahibkarlıq və iş adamı kimi anlayışlar hələ də mücərrəd olaraq qalır.21- ci əsrdə yaşamağımıza baxmayaraq rayon sanki ətraf aləmlə təcrid olunub. İnformasiya azadlıqı Saatlı üçün deyərdim ki , tamami ilə yaddır.Nəticə etibarı ilə hər şeyin pisliyə doğru dəyişdiyi bu rayonda dinə elmi cəhətdən baxış da prinsipcə öz dəyərini itirib.Mövhümatçlıq və cəmiyyəti qaranlığa sürükləyən cəhalət baş alıb gedir. Özlərini mənəviyyat daşıyıcıları sayan din adamları məscidləri açıq - aşkar bazara döndəriblər.Yas mərasimləri də demək olar ki, elədə fərqlənmir. 7 gün keçirilən belə mərasimə 250 manatdan aşağı heç bir molla getmir. Tək bircə dəfn mərasimi 200 manata başa gelir.100 manat axundun yerdə qalan 100 manat isə çəkilən digər xərclərdir.Rayonun səlahiyyət sahiblərinin yedəyində olan din adamlarının məşədilərin,hacıların və kərbəlailərin apardığı bayağı, heç bir əndazayə sığmayan,ələlxusus da ki, yeniyetmə və gənclərin mübarizlik kimi hisslərinin öldürülməsinə hesablanmış təbliğatları bir növ cəmiyyətdə onlara qarşı antipatiyanın formalaşmasına gətirib çıxardıb. Rayonun hüquq mühafizə orqanları gündəlik gəlirlərini artırmaq üçün cinayətkar ünsürlərin coxalmasında maraqlı olduqları kimi dini alver obyektinə çevirən həmən bu din adamları da əllərini goyə qaldırıb ALLAHA dua edirlər ki, aclıq və səfalət içində boğulan insanların hesabına bizneslərini inkişaf etdirsinlər.Göründüyü kimi hər nece olsada bu bir acı reallıqdır,Dövlət başcısı İlham Əliyevin Saatlıya gəlişi də hec nəyi dəyişmədi. Səngimək bilməyən narazlıq əksinə daha da gərginləşdi. P.S.Möhtərəm oxucular, zülmün qudurduğu Saatlıda məmur özbaşınalığı , hərc-mərclik , qanunsuzluq hökm sürməkdədir.Növbəti sayımızda rayon icra hakimiyyətində hərc-mərclik , rayon təhsil şöbəsində baş verən qanunsuzluqlar, o cümlədən rayon su istismar idarəsində və rayon ƏSMM – də cərayan edən neqativ olaylar baradə daha geniş yazını oxuya bilərsiniz.Bizi izləyin. 7GUN.az
|