 |
Şrift : |
|
 |
Tarix : | 19-07-2011, 12:44 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 874 dəfə |
Like : |
|
Like : |
|
|
Masallı rayonunun Ərkivan və Qızlavar kəndlərinin qaz təchizatında problemlər yaranıb. 7GUN.az-a daxil olan məlumata görə Masallı rayonunun Ərkivan və Qızlavar kəndlərinin qaz təchizatında problemlər yaranıb. Bu barədə əldə etdiyimiz məlumata görə, həmin kəndlərin yarısına qaz cüzi miqdarda verilməsi abunəçilərin bir hissəsinin ciddi narazılığına səbəb olub. Masallı rayon qaz idarəsinin rəisi Sehran Şahverdiyev isə “o kəndlər qaz pulu vermir” deyə şikayətlərə ənənəvi münasibət bildirib. Lakin əməkdaşımızın araşdırmaları nəticəsində məlum olub ki, qazı kəsilən abunəçilərin borcu yoхdur. Qaz idarəsinin rəisi əməkdaşımıza “məsləhət” verməyi də unutmayıb. Sehran müəllim “get qəzetinizdə yaz ki, Sehran müəllim Ərkivan və Qızlavar kəndlərinə qaz vermir” deyə qazlı “orijinallıq” nümayiş etdirib. Hətta yumruğunu masasına çırpmağı da unutmayıb. Hirsli rəisin ağzı köpüklənə-köpüklənə əsəb dağarcığına çevrilməsi əlbəttə, çoх təəssüfləndirici məqamdır. Öz aramızdı, Sehran Şahverdiyev cənabının qazı kimin nəyinə lazımdı? Abunəçilər yalnız və yalnız dövlətimizin qazını istehlak etməkdə və buna görə ödəniş aparmaqda maraqlıdırlar. Qaz idarəsinin “qaz buraхan” rəisi bu məqamı niyə unudur, bilmirik. Amma ARDNŞ rəhbərliyinin bu olaydan məlumatlı olması vacib görünür. Yəqin ki, oralarda tezliklə rəisin qazını alan tapılacaq.Mövzunu diqqətdə saxlayacağıq
|