 |
Şrift : |
|
 |
Tarix : | 19-07-2011, 13:23 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 620 dəfə |
Like : |
|
Like : |
|
|
“Azəryolservis”in Ucar rayon yol istismar idarəsinin rəisi Fizuli Hacıyev kimi aldadır? Yol istismar idarəsinin rəisi Fizuli Hacıyev yolsuzluqdan əziyyət çəkən Ucarın kənd sakinlərinə yağlı vədlər verməkdən deyəsən, yorulmayıb. Vəziyyətin tezliklə düzələcəyini deyən Fizuli müəllim son zamanlar təzə varianta əl atmağa başlayıb. Şikayətçilərə cavab vermək əvəzinə baş barmağını oturduğu bərli-bəzəkli, sərin kabinetin tavanına uzadaraq nəyəsə işarə edir. Bu işarənin açmasını dilə gətirməyən rəis cənabını vallah, biz də qınamırıq. Axı indiki zamanda lüzumsuz yerə dil-dil ötməyin düşər-düşməzi olar. Ona görə də görünür ki, susmağı qızıl sayır, bizim rəis qardaş. Düzdü, arada bir qəzetlərdə özünü reklam etdirərək idarəsinin Ucar rayonunda böyük işlər gördüyünü gözə soxmağa çalışır. Mümkün effektləri bilmirik. Odur ki, zəhmət olmasa, bunları başdakı məmurlara baş aldatma raport hesab edin. Çünki, Ucar rayonunun kənd camaatı yazılanlara deyil, görünən həqiqətlərə inanır. Qəribədir, yayın bu cırhacırında 10 dəqiqəlik yolu 1-2 sata güc-bəla ilə, özü də qan-tər içində qət edən insanların yolsuzluqla bağlı qayğı və problemlərini həll etmək iqtidarında deyilsə, Fizuli Haciyev görən hansı statusa malikdi: görüldüyü işlərə görə maaş yazmağamı?
|