 |
Şrift : |
|
 |
Tarix : | 1-10-2011, 16:09 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 403 dəfə |
Like : |
|
Like : |
|
|
Əmək təlimi müəllimi kimya fənnindən dərs deyir
Masallıda yaşlı müəllimlərin işdən çıxarılması nəticəsində ciddi kadr çatışmazlığı yerli Təhsil Şöbəsini fərqli addım atmağa məcbur edib. İlk baxışdan bu “məcburiyyət” kimi görünsə də, işin içində başqa bir şeylərin olduğunu düşünmək üçün də əsaslar var. Məsələn, bu gün Güllütəpə kənd orta məktəbində kimya müəllimi çatışmazlığı mövcuddur və yaşlı ixtisaslı kadrlar sərəncama əsasən işdən uzaqlaşdırılıb. Çatışmazlıq fonunda yaranmış boşluğu doldurmaq üçün isə kimya müəlliminin dərsini əmək təlimi müəllimi keçir. Gülməli hal odur ki, Əmirtürbə kənd orta məktəbində isə kimya müəllimi dil-ədəbiyyat fənnindən uşaqlara dərs keçir. Eyni durum başqa kənd məktəblərində də mövcuddur. Təbii ki, biz yaşlı nəslin gənclərlə əvəzlənməsinə qarşı deyilik. Amma məsələ odur ki, bu gün gənclər rayonlarda situmul olmadığı üçün işləmək istəmirlər və bu da mahiyyət etibarı ilə ciddi kadr sıxıntısı yaratmaqdadır. Belə olan təqdirdə, yaşı 65-i keçmiş müəllimlərin işdən uzaqlaşdırılmasının nə adı var, nə də mahiyyəti. Əksinə, belə addımların atılması nəticə etibarı ilə uşaqların kor qalmasına gətirib çıxarır. Halbuki rayon Təhsil Şöbələri hər şeyə rəğmən, yəni yeni kadr tapılana kimi köhnələrin imkanlarından istifadə edə bilərlər. Daha indiki gülünc vəziyyətin yaranmasına imkan verməzlər.
TİA.AZ
|