Şəhərin 80 yaşının möhtəşəm qeyd olunacağı gözlənilir
1931-ci ildə yaradılan və tez bir zamanda ölkənin iri rayonlarından birinə çevrilən Sabirabad bu gün 80 yaşını qeyd edir. Bu məqsədlə rayonda iri abadlıq işləri aparılır. Sabah başlayacaq bayram tədbirlərinə hazırlıq görülməsi üçün icra başçısı rayonun bir sıra gediş-gəliş yerlərini bağlatdırıb. Hal-hazırda Sabirabad şəhər milli parkında sabahkı bayram tədbirləri ilə bağlı quruculuq işləri davam edir