 |
Şrift : |
|
 |
Tarix : | 8-10-2011, 15:34 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 408 dəfə |
Like : |
|
Like : |
|
|
Yeni təyin olunan Kamil Məmmədov vətəndaşlardan təqaüdə görə 3000 manat rüşvət tələb edir
Hələ dünən Respublika Baş Prokurorluğu vətəndaşdan 400 manat rüşvət alarkən həbs olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülmalıyev haqda məlumat yaymışdı. Bu gün isə redaksiyamıza başqa bir VTEK sədri barədə məlumat daxil oldu. Saatlı Rayon Mərkəzi Xəstəxanasında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 saylı Tibbi Sosial-Ekspert Komissiyasında (bundan sonra VTEK) analoqu olmayan dərəbəylik hökm sürür. Rayon sakini Cabir Cahangirovun 7GUN.AZ-a verdiyi məlumata görə, VTEK-də ölkə qanunları demək olar ki, işləmir: “Rasim Gözəlovun bu vəzifəyə təyin olunmasından sonra burada vəziyyət daha dsa dözülməz olub. İşlədiyi müddət ərzində bu insan həmişə özünü qanunlardan üstün tutub. VTEK sədrinin gördüyü işlərin hamısı saxtakarlıq üzərində qurulub”. Şikayətçinin sözlərinə görə, həqiqi xəstəliyi olanlar sədrin qəzəbinə tuş gələrək, süründürməçiliyə məruz qalırlar: “Amma tam sağlam şəxslər pul müqabilində özlərinə istədikləri əlillik qrupunu açdıra bilirlər. Burada hər sənədin öz qiyməti var. Xəstəlik və əlilliyə görə, təqaüdə çıxmaq üçün qadınlardan 1600 manat, kişilərdən isə 1800 manat tələb olunur. Pulu verdikdən sonra Rasim Gözəlov sənədləri 20 gün ərzində düzüb-qoşur”. Şikayətçi onu da bildirdi ki, Sabirabad rayon Xəstəxanasına sədr təyin olunan Rasim Gözəlov orada da öz əməllərini davam etdirir. Onun yerinə təyin olunan Kamil Məmmədov da xələfinin qoyduğu qaydaları uğurla davam etdirir. Onun sözlərinə görə, Məmmədov Rasim Gözəlovdan da irəli gedərək, xəstəlik və əlilliyə görə, təqaüdə çıxmaq üçün 3000 manat tələb edir: “İndi rayonda kimi dindirirsən ya əlilliyə, ya da xəstəliyə görə, təqaüd aldığını deyir. əgər 2009-cu ildən bəri təqaüdə çıxanların sənədləri VTEK-də araşdırılsa vəziyyətin nə yerdə olduğu aydın görünər”. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
7GUN.AZ
|