 |
Şrift : |
|
 |
Tarix : | 24-10-2011, 13:15 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 820 dəfə |
Like : |
|
Like : |
|
|
“Abdulhey” Akif Cəfərovu yumruq-təpik və dəmir alət vasitəsilə (qarın və sifət nayihəsinə vurulmaqla) vəhşicəsinə döyüb
Bu gün 7GUN.AZ xəbər portalına Ucar rayonundan məlumat daxil olub. Məlumatda bildirilir ki, rayonda “Kurtlar Vadisi” adlı mafioz dəstə hər gün yeni cinayətlər törətməklə məşğuldur. Belə ki, hüquq müdafiəçisi Taleh Xasməmmədova müraciət edən zərərçəkmiş və şahidlərin sözlərinə görə Ucarda sözügedən mafiaya sözün əsl mənasında, təhlükəyə çevrilib. Məlumatda “Kurtlar Vadisi” adlı mütəşəkkil cinayətkar dəstənin arxasında məmurlardan birinin dayandığı da qeyd olunur. Bildirilir ki, bu günə qədər həmin dəstənin polislərlə əlbir olaraq kifayət qədər təhlükəli olan cinayətlərini ictimaiyyətə çatdırsaq da hüquq mühafizə orqanları isə həmin dəstəni ifşa etmək əvəzinə çoxlu sayda cinayətləri külli miqdarda pul yığmaqla qapatmağa çalışırlar. 23 oktyabr 2011-ci il saat 11-00 radələrində Ucar rayon sakini Cəfərov Akif Cəmşid oğlu Polad Ələmdar ləqəbli Ələkbərov Şahlar Xəlil oğlunun sifarişi ilə həmin rayonda bazarın yaxınlığındakı küçədə Abbasov Elşad Tofiq oğlu tərəfindən döyülüb. Belə ki, Elşad Abbasov Akif Cəfərovu yumruq-təpik və dəmir (küt alət) alət vasitəsilə (qarın və sifət nayihəsinə vurulmaqla) vəhşicəsinə döyüb. Hazırda zərərçəkmişin üzü şişmiş, sol qulağı tutulmuş və boyun nayihəsi də əyilmiş vəziyyətdə qalmışdır. Həmin tarixdə zərərçəkmiş Ucar rayon polis şöbəsinin təhqiqat rəsisi Abdulla müəllimə müraciət edərək bildirmişdir ki, iki nəfər şəxsə ev tapmaq üçün kömək göstərdiyim zaman Ucar rayon sakinləri Əliyev Elçin Naibə oğlu və Elşad adlı bir nəfərin məni təqib etdiyini hiss etmişdim. Daha sonra qəfil arxadan boynumun arxasından zərbə alaraq özümü itirib yerə yıxıldım və sonra da döyülərək bu vəziyyətə düşdüm. Hadisənin şahidi Kərimov Ələkbərin sözünə görə Elşad onun dükanına gələrək çantasını qoymaq istəyib. Sonra da ona bildirib ki “mənə bax gör indi mən burada nə edəcəyəm” az sonra Akifi yerdə yıxılmış vəziyyətdə gördükdən sonra Elşadın niyyətini anladım. Elşad və Elçin mənim dükanımda olduğu zaman Şahlar Ələkbərov Elçinə (Abdulheyə) yüksək səslə təlimat verirdi ki, “meyitini atın, sonra gəlin” mikrofonla gələn səsi təkrar-təkrar eşidirdim. Şahid onu da qeyd edir ki, bu mafioz dəstə hər işi aşkarda edir. Necə ki, Şahların sag əli olan Tağıyev Vaqif Yaqub oğlu mal-qara oğurluqlarını aşkar şəkildə etdiyi kimi. Arxası polis olandan sonra kimdən qorxacaqlar ki? Daha iki şahidlər isə hadisəni olduğu kimi izləyib. Hüquq müdafiəçisinin sözlərinə görə hadisələr ilə əlaqədar qanun çərçivəsində hər hansı ciddi tədbirlər görülməsə, sona qədər yalnız KİV nümayəndələrinə üz tutacağıq. Belə ki, mətbuat vasitəsi ilə insan qanı batıranların, insan alveri (qadın və uşaq) edənlərin, günahsız həbsə atılanların, narkotik vasitələri satanların, yalançı üzəduranlıq edənlərin, qızların zorlanaraq əxlaqsızlığa sürükləmələrinin, oğurluq edən dəstələrin və s. kimi cinayətlərin bir başa hansı əxlaqdan kənar vəzifəli şəxslərlə bağlı olduğunu sona qədər bütün dünyaya yayacağıq. Hər hansı həyati təhlükə baş verərsə, son zamanlar yayımlanan informasiyaları gözdən keçirmək kifayətdir.
7GUN.AZ
|