 |
Şrift : |
|
 |
Tarix : | 25-10-2011, 13:30 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 494 dəfə |
Like : |
|
Like : |
|
|
Neftçala rayonunda 8 km dəmir boruları oğurlamaq istəyən şəxslər tutulub
Neftçala rayonunda 8 km dəmir boruları oğurlamaq istəyən şəxslər tutulub. Bu barədə 7GUN.AZ xəbər portalına rayondan məlumat daxil olub. Mənbənin verdiyi məlumata görə, Dövlət Neft Şirkətinin balansında olan boru icra başçısı İsmayıl Vəliyevə yaxınlığı ilə tanınan adamlar tərəfindən kəsilib aparılarkən Baş Prokurorluğun əməkdaşları tərəfindən yaxalanıblar. Hər metri 25 manat olduğu bildirilən borunun ümumi dəyəri (25x8000=200 000) 200 000 (iki yüz min) manat olduğu deyilir. Yəni icra başçısının adamları Dövlət Neft Şirkətinə qeyd olunan miqdarda ziyan vurmağa çalışırmışlar. Amma nə yaxşı ki, bu cinayətin üstü açılıb. Əldə etdiyimiz məlumatlara görə, İsmayıl Vəliyev adının çəkilməməsinə çalışsa da, tutulan şəxslər icra başçısına yaxın adam olduqlarını deyiblər. Bu da prokurorluq əməkdaşlarının diqqətindən yayınmayıb. Mənbə bildirir ki, hazırda rayonda məsələ ilə bağlı araşdırma aparılır. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 7GUN.AZ
|