Sel qaçqınlarını aldadıblar

Şrift : |
Tarix :26-10-2011, 15:09
Bölmə : Bölgələr
Kömək :    
Baxılıb : 154 dəfə
Like :
Like :

    İmişli rayonunun Telişli kəndində inşa edilmiş evlərdə vəziyyət ürəkaçan deyil

    2010-cu ilin yazında baş verən Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində görülən işlər və mövcud vəziyyəti araşdırmaq məqsədilə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı monitorinqlərini davam etdirir. TİA.AZ-a daxil olan məlumata görə, daşqın bölgəsinə səfər edən Qərargah üzvləri daşqının təsirinə məruz qalan, problemləri bu günə qədər həll olunmayan şikayətçilərlə görüşüblər, eyni zamanda “Kür qaçqınları” üçün salınmış qəsəblərdə monitorinqlər keçiriblər.
    Təşkilat xatırladır ki, daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə dövlət büdcəsindən indiyə qədər 326 milyon manat vəsait ayrılıb, Fövqaladə Hallar Nazirliyinin məlumatına görə Nazirlər Kabinetinin 197 s saylı sərəncamında nəzərdə tutulan 3205 evdən bu günə qədər 2406 ev tikilib istifadəyə verilib.
    “Kür” Vətəndaş Cəmiyyəti Qərargahından daxil olan məlumatda isə bildirilir ki, təşkilat ötən həftənin sonlarında İmişli rayonunun Telişli kəndində salınmış 104 evlik qəsəbədə monitorinq aparıb. Monitorinq zamanı Qərargah üzvləri qəsəbə sakinləri ilə görüb, onları narahat edən problemləri dinləyıb və yeni qəsəbədə tikilən evlərə baxış keçiriblər. «İnsanları narahat edən məsələlər qəsəbədə onlar üçün ayrılan 12 sotluq həyətyanı torpaq sahəsinin azlıq təşkil etməsi, iş yerlərinin olmaması, evlərində problemlərin əmələ gəlməsi və s.- dir. Yeni salınmış qəsəbədə dolanışıq və yaşayışın normal olmaması səbəbindən bir şox insanlar qəsəbəyə köçmür, köhnə kənddə qəzalı və təhlükəli vəziyyətdə olan evlərində yaşayırlar».
    Bundan başqa, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri yerli sakinlərin iştirakı ilə Telişli kəndində salınmış yeni qəsəbədəki evlərə baxış keçiriblər. «Baxış zamanı məlum olub ki, yeni tikilməsinə baxmayaraq (Yeni Telişli qəsəbəsi ötən ilin sonlarında istifadəyə verilib) evlərin bir çoxunda problemlər yaşanır. Monitorinq zamanı bir çox evlərdə evə giriş pilləkəninin, balkonunun və döşəmənin çatlaması, çökməsi, döşəmələrə vurulan taxtaların aralanması, divarların çatlaması və çəkilmiş üzlüklərin qopub tökülməsi, novalçaların olmaması ucbatından yağan yağışların evə daxil olması və s. kimi faktlar qeydə alınıb. Ən acınaqlısı isə odur ki, yağış yağan zaman artıq bəzi evlərın damından su damması qeydə alınıb, bəzi evlərin tavanına vurulan alçipanlar qopub yerə tökülüb».
    Sakinlər bildiriblər ki, bütün bunlar görülən işlərin keyfiyyətsiz və başdansovdu aparılmasının nəticəsidir. Qəsəbədə yeni çəkilmiş asfalt yolların da ovulması, bəzi yerlərdə dağılması və s. kimi məqamlar mövcuddur. «Digər tərəfdən evlərdə istilik sistemləri olmadığından insanlar ya köhnə kustar usulundan istifadə edib divarlarda deşik açaraq sobalar vasitəsi ilə evi qızdırırlar, ya da ki, elektrik qızdırıcılarından istifadə edirlər ki, bu da onlara xeyli enerji haqqının ödənilməsi hesabına başa gəlir».
    Telişli qəsəbəsində yaşayan bir qrup sakin “Kür” Qərargahı üzvlərinə bildiriblər ki, onların evləri, təsərrüfatları daşqınlar zamanı ciddi ziyan çəksə də Nazirlər Kabinetinin 71 saylı 04 mart 2011- ci il tarixli sərəncamı əsasında əkin sahələri üçün ayrılmış vəsait bu günə qədər onlara ödənilməyib.
    Qəsəbədə yaşayan yaşlı sakinlərin bir şikayəti də ondan ibarətdir ki, pilləkənlərə (bəzi pilləkənlər 7 daş hündürlüyündədir) əl tutan (qoltuk, məhcər) qoyulmadığından evə düşüb qalxmağa çətinlik çəkirlər.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31