 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 15:02 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 257 dəfə |
Like : |
|
Like : |
|
|
Vətəndaşlar Tofiq İbrahimovu günahlandırırlar
Cənub bölgəsi problemlərlə baş-başa qalıb. Aramsız yağan yağışlar Lənkəranda bir sıra problemləri üzə çıxarıb. Bu barədə 7GUN.AZ xəbər portalına Lənkərandan məlumat daxil olub. Məlumatda bildirilir ki, rayonun mərkəzində kanalizasiya sistemi bərbad vəziyyətdədir. Ancaq İcra Hakimiyyətinin hesabatında kanalizasiya siteminin yüksək səviyyədə təmir olunduğu əks olunub. Rayonda ciddi korrupsiya faktlarının olduğunu deyən mənbə bildirir ki, icra başçısı Tofiq İbrahimov rayonda heç bir müsbət dəyişikliyə nail olmayıb. Belə ki, rayonun Gəgiran, Veravul, Daşdatük, Osaküçə, Vilvan kəndlərinə gedən yollara ayrılmış pullar mənimsənilib. Bildirilir ki, kənd yollarının bərpasına 60 min manatdan artıq vəsait ayrılsa da, məlum məbləğ ortaya çıxarılmayıb: “Bu vəsaiti mənimsəyiblər. Yağış da onların saxtakarlığını üzə çıxardı. Kəndlər bir tərəfə, şəhərin mərkəzi acınacaqlı vəziyyətdədir. Budurmu onların quruculuq işləri? Necə oldu 60 min manat pul?” Mənbə bildirir ki, icra başçısı onların problemləri ilə qətiyyən maraqlanmır. Bu müddət ərzində bircə dəfə də olsun, əraziyə baş çəkməyib: “İcra başçısı ona görə bizimlə görüşmür ki, həmin pulun hara sovrulduğunu soruşarıq”. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
7GUN.AZ
|