 |
Şrift : |
|
 |
Tarix : | 27-10-2011, 16:47 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 233 dəfə |
Like : |
|
Like : |
|
|
Rayonun 40-dan çox yaşayış məntəqəsində enerji kəsilib
Ötən gün axşam saat 18:00 radələrindən Lerik rayonuna yağmağa başlayan qar rayonun 40-dan çox yaşayış məntəqəsində enerjinin kəsilməsinə səbəb olub. 7GUN.AZ Gun.az-a istinadən xəbər verir ki, bu barədə Lerik rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov məlumat verib. O bildirib ki, qarın qalınlığı dağlıq ərazilərdə 50-60 sm, aşağı dağlıq ərazilərdə 15-20 sm, şəhər ərazisində isə 5-6 sm olub. Komissiya sədrinin sözlərinə görə, axşam saatlarınadək digər kəndlərdə enerji probleminin aradan qaldırılması üçün tədbirlər görülür. Bunun üçün “Azərenerji”nin tapşırığına əsasən, Masallı Elektrik Şəbəkəsinin köməkçi briqadası rayona gələrək, qəzaların aradan qaldırılması işlərinə səy göstərirlər. Hazırda şəhər ərazisində qar səngiyib.
7GUN.AZ
|