 |
Şrift : |
|
 |
Tarix : | 18-11-2011, 14:02 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 505 dəfə |
Like : |
|
Like : |
|
|
Salyan rayonun Qarabağlı kəndinin sakinləri kütləvi aksiyaya başlayıblar.
Salyan rayonunun sakini Elçin Əziz “Qafqazinfo”ya bildirib ki, rayonun Ən böyük kəndlərindən biri olan Qarabağlının sakinləri Salyan-Şirvan yolunu bağlayıblar. Onun sözlərinə görə, əhali son günlər kəndin işıq və qazının kəsilməsinə etiraz edir. E. Əziz deyib ki, hazırda yüzlərlə avtomobilin qarşısı kəsilib və Salyan-Şirvan yolunda böyük tıxac əmələ gəlib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və icra nümayəndələri gəlib. Hazırda aksiya davam edir.
|