 |
Şrift : |
|
 |
Tarix : | 15-09-2011, 14:59 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 471 dəfə |
Like : |
|
Like : |
|
|
Lənkəranın iki kəndi sel təhlükəsi ilə qarşılaşa bilər
7GUN.AZ-a sakinlər bildiriblər ki, rayonun iki kəndi yağmurlu payız-qış aylarında sel daşqınları ilə üzləşmək təhlükəsi qarşısında qala bilər. Belə ki, Kosalar və Lüvəsər kəndlərini ayıran Lənkərançayın məcrası qazılır, keyfiyyətli qum-çınqıl “Kamaz” maşınlarla daşınır. Sakinlərin sözlərinə görə, bunu türkiyəli iş adamı həyata keçirir. Lənkəran rayon İcra Hakimiyyətində çalışan məsul şəxslər də həmin iş adamı ilə ortaq biznes əlaqəsindədirlər. Lüvəsər kənd sakinlərinin sözlərinə görə, rayon rəhbərliyi Lənkərançayı "hərraca" çıxarıb. Bildirilir ki, bir neçə il öncə çayın Kosalar kənd ərazisindən keçən hissəsi də bu şəkildə qazılıb. Kənd sakinləri etiraz edəndə o zaman burada çalışan Tuncay adlı iş adamı ilə aralarında ciddi qarşıdurma yaranıb. Məsələ ilə əlaqədar Lənkəran rayon İcra Hakimiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əlimərdan Əliyevlə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini öyrənməyə çalışacağıq.
Anar
|