 |
Şrift : |
|
 |
Tarix : | 26-11-2011, 14:28 |
Bölmə : |
Bölgələr |
Kömək : |
|
Baxılıb :
| 403 dəfə |
Like : |
|
Like : |
|
|
Qəza nəticəsində bəy - 26 yaşlı R.Salyayev ölüb, nişanlısı Nuranənin isə ayaqları qırılıb
Bu gün saat 11:30 radələrində Qazax rayonunda ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Qazax şəhəri ərazisində Heydər Əliyev adına parkın qarşısında, Ağstafaçayın üzərindəki körpüdə “VAZ 2106” ilə Yuxarı Salahlı kənd sakini 1985-ci il təvəllüdlü Əhmədov Sahib Qəmi oğlunun idarə etdiyi “VAZ 2107” toqquşub. Nəticədə “VAZ 2107”də olan şəxslərdən biri hadisə yerindəcə keçinib. Maşınlarda olan daha 5 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılıb. Lent.az-a verilən digər məlumata görə, “VAZ 2107”də olanlar bu gün toy mərasimi keçiriləcək gənclər olub. S.Əhmədov sinif yoldaşı olan bəyi - 1985-ci il təvəllüdlü Salyayev Rizvan Şükür oğlunu və onun nişanlısını rayon mərkəzinə aparırmış. Məqsəd isə bəy və gəlinin rayon mərkəzindəki saç ustasının yanında bəzənməsi və yenidən kəndə qayıtması olub. Lakin qəza nəticəsində bəy - 26 yaşlı R.Salyayev ölüb. Onun nişanlısı Nuranənin isə ayaqları qırılıb. Qəza nəticəsində gəlinin bacısı da xəsarət alıb. Qeyd edək ki, cütlüyün qız toyu bir neçə gün əvvəl Bakıda baş tutub. Bu gün toy günü olduğundan anası 26 yaşlı R.Salyayevin dəfninə icazə verməyib. O, noyabrın 26-da kənd qəbiristanlığında dəfn olunacaq.
|