Azərbaycanda nikaha girən şəxslərin icbari tibbi müayinə olunması məsələsi yenidən gündəmə gətirilir. Artıq bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsində müzakirələr aparılır.
"Ekspress" qəzeti yazır ki, sözügedən komitənin sədr müavini, deputat Musa Quliyev bildirib ki, Ailə Məcəlləsinə nikaha girən şəxslərin icbari tibbi müayinəsindən başqa, nikah müqavilələrinin icbari hala gətirilməsi də nəzərdə tutulur. Onun sözlərinə görə, müzakirə olunan məsələlər arasında doğuşa qədər və doğuşdan sonrakı dekret müddətinin artırılması, uşaqlara baxmağa görə müavinətlərin artırılması da var.
M.Quliyev bildirib ki, parlamentin yaz sessiyasında qeyd olunan dəyişikliklərə baxıla bilər.