Rəqəmsal yayım üçün cihazın satış vaxtı və qiyməti açıqlandı

Şrift : |
Tarix :5-01-2012, 20:10
Bölmə : Sosial
Kömək :    
Baxılıb : 264 dəfə
Like :
Like :

    Azərbaycanda rəqəmsal yayıma keçid üçün “DVB-T” dekoderlərinin kütləvi satışa buraxılacağı tarix açıqlanıb.

    Bu barədə Mingəçevirdə yerləşən “Kür” elektron avadanlıqlarını istehsal edən zavodun texniki direktoru Zaur Mikayılov bildirib: “Ötən il rəqəmsal yayıma keçidlə bağlı qərar qəbul ediləndə məhdud sayda – 500-ə yaxın belə dekoderlər 30-50 AZN məbləğində satıldı”.

    Z. Mikayılovun sözlərinə görə, zavod rəhbərliyi Milli Televiziya və Radio Şurası və B&B TV-i ilə danışıqlar aparır: “Biz yanvarın ortalarında dekoderlərin qiyməti ilə bağlı razılığa gələcəyik. Onu deyə bilərəm ki, yanvarın sonuna qədər “DVB-T” dekoderlərinin kütləvi satışa çıxarılmasını qərarlaşdırmışıq”.

    Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Azərbaycanda analoq yayımın dayandırılması və rəqəmsal yayıma keçidlə bağlı qərar verib. Şura sədri Nuşirəvan Məhərrəmli ötən ilin sonunda jurnalistlərə açıqlamasında rəqəmsal yayıma keçidlə bağlı əhalinin aztəminatlı təbəqəsi üçün dekoderlərin alınması barədə ölkə prezidentinə müraciət edib: “Müraciətin müsbət həlli gözlənilir. Belə olacağı halda 120 min aztəminatlı insan rəqəmsal yayım üçün dekoderlərdən yararlanacaq. Əgər bu baş verərsə, yaxın 1-2 ay ərzində Azərbaycan ərazisində tam şəkildə rəqəmsal yayıma keçiləcək”.

    Şura sədri onu da deyib ki, hazırda Azərbaycanın teleradio kanalları rəqəmsal yayıma keçməyə tam hazırdırlar: “Azərbaycan dövləti ölkə ərazisinin 85 faizini rəqəmsal yayıma keçmək üçün hazırlanıb. Dekabrın 22-dən Azərbaycan ərazisində bütün telekanallar məcburi surətdə rəqəmsal yayımla analoq yayımı paralel olaraq həyata keçirirlər. Əsas məqsəd isə 2012-ci ildə ölkədə analoq yayımı dayandırmaqdır. Bununla bağlı beynəlxalq təcrübə də öyrənilib”.

    MTRŞ sədri onu da deyib ki, bu il Avropanın 20-dən çox ölkəsi də analoq yayımı dayandırıb


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31