 |
Şrift : |
|
 |
Tarix : | 11-01-2012, 14:42 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 191 dəfə |
Like : |
|
Like : |
|
|
Uşaq anadan olduğu gündən başlayaraq bütün tibbi məlumatlar kartda yerləşdirilir
Azərbaycanda indiyədək 500 mindən artıq yeni doğulan uşağa elektron sağlamlıq kartı paylanıb. Bu barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə bildirib ki, 2007-ci ilin dekabrından tətbiq olunan elektron sağlamlıq kartları bütün ölkə ərazisini əhatə edir. Bu sistemin ölkə üzrə tətbiqinə görə Azərbaycan MDB məkanında yeganə ölkədir. O ki, qaldı elektron sağlamlıq kartının onun sahibinə verdiyi üstünlüklərə, bu, ilk növbədə hər hansı bir şəxs barəsində anadan olduğu gündən başlayaraq bütün tibbi məlumatların kartda yerləşdirilməsini təmin edəcək. Bu isə məlumatın itməsi ehtimalını aradan qaldırmaqla yanaşı, həm də dəqiqliyini təmin edir.
Elektron sağlamlıq kartı həm də huşsuz vəziyyətədə olan insan haqqında operativ məlumatın alınmasına yardım edəcək. Xəstə ayılanadək artıq onun hansı dərmanlara və iynəyə qarşı alergiyasının və xəstəliyinə görə hansı peraparatların onun üçün təhlükəli olması barədə məlumat əldə olunacaq. Bu isə həkimlərə xəstəyə tez bir zamanda yardım etməsi üçün vacibdir. Sağamlıq katrı həm də məlumatın operativ şəkildə Ədliyyə nazirliyinə ötrülməsini təmin edir. Bu isə uşağa doğum haqqında şəhadətnamə alınması prosesini xeyli asanlaşdırır. Hazırda 18 yaşadək uşaqların da elektron bazası yaradılır. Onlar haqqında da tibbi məlumatlar kağız üzərində deyil, informasiya sistemində yerləşdiriləcək. Elektron sağlamlıq kartları, həm də şəkərli diabet xəstələrinə verilir.
Bundan başqa müəyyən sahələrdə çalışan işçilərə tibbi müayinə kartları da verilir. Həmin şəxslərin ildə 1 və yaxud 2 dəfə tibbi müayindən keçməsi tələb olunur. Bu katiqoriyaya müəllimlər, həkimlər, sosial iyaşə obyektlərində çalışanlar, yeyinti məhsullarının istehsalı ilə məşğul olanlar aiddir. Indiyədək 100 mindən artıq tibbi müayinə kartı paylanılıb. Bu ilin yanvarıdan isə bütün xəstəxanaların vahid informasiya sisteminə qoşulması da təmin olunub. Belə ki, xəstəxanalarda olan hər bir pasient haqqında məlumat eyni mərkəzdə toplanır. Bu posientin müalicəsinin gedişatı barədə məlumatı əldə etməyə imkan yaradır.
|