“Nəqliyyatın bütün növləri üzrə vahid gediş kartı tətbiq olunacaq”

Şrift : |
Tarix :11-01-2012, 19:03
Bölmə : Sosial
Kömək :    
Baxılıb : 191 dəfə
Like :
Like :

    "Biz hələ intellektual idarəetmə sistemində birinci mərhələni başlamışıq".

    Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin müdiri Namiq Həsənov ictimai nəqliyyatda gözlənilən yenililiklərlə bağlı Anspress-ə müsahibə verib.

    - Ötən ilin sentyabr ayından barəsində danışılan intelektual idarəetmə sistemi artıq işə düşüb. Yeni dayanacaqların, avtobuslarda monitorların quraşdırıldığını görürük, amma intellektual idarəetmə sistemindəki yenilikləri icitmai nəqliyyatda gediş-gəliş zamanı hiss etmirik.

    - Niyə hiss edilmir? Ona görə ki, biz hələ intellektual idarəetmə sistemində birinci mərhələni başlamışıq. Birinci mərhələdə 4086 avadanlıq quraşdırılıb. Onlardan 2096 avadanlıq avtobuslarda quraşdırılıb. Hələ 2012-ci ilin ortalarına qədər bu sistemin funksional əlaqələrinin uyğunlaşdırılması prosesi gedəcək. Bəzi yerlərdə hələ də avadanlıqlar quraşdırılmayıb. O yerlədəki monitorlar tam quraşdırılıb, artıq həmin sistem problemsiz işləyir.

    Biz koreyalı mütəxəssislərlə işləyirik. 3 mindən çox videokamera quraşdırılıb. Düşünürəm ki, 3 aya qədər mərkəzi yollarda bu sistem tam işləyəcək.

    - Yeri gəlmişkən, bəzi yerlərdə monitorlar quraşdırılıb, amma düzgün işləmir. Bəzi avtobuslarda quraşdırılan monitorlar müəyyən yerlərdə tutmur. Məsələn, Biləcəri qəsəbəsinə işləyən avtobuslarda quraşdırılan monitorlar qəsəbə istiqamətində işləmir. Dayanacaqlarda saat, temperatur və digər göstəricilər düzgün göstərilmir. Belə problemlərin yaranmasına səbəb nədir?

    - Bu, naqillərin çəkilməsilə bağlıdır. Təxminən 450 kilometrə yaxın elektrik naqillər çəkilir. Bəzi dayanacaqlar hələ də mərkəzi terminalla, mərkəzi sistemlə birləşdirilməyib deyə, hələ ki, bu sistem işləmir. Lakin hər an fəaliyyətə başlaya bilər. Mərkəz, dispeçer otağı işləyir. Lakin müəyyən yerlərlə əlaqə yaradılmayıb. Bizdə hələ proqramların yüklənməsi gedir. Bu prosesi birdən-birə həll etmək mümkün deyil. Birinci mərhələ başa çatandan sonra, ikinci mərhələ fəaliyyətə düşəcək.

    - Siz müsahibələrinizin birində bildirmişdiniz ki, ictimai nəqliyyatda gediş haqqları vahid ödəmə kartları ilə həyata keçiriləcək. Çip kartlardan həm avtobuslarda, həm də metroda istifadə etmək olacaq. Amma bir neçə gün öncə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirdi ki, belə şey olmayacaq.

    - Mən Tağı Əhmədovun bu fikrini eşitməmişəm, amma bütün dünyada universal çip kartlar var. Bu kartlardanə bütün nəqliyyat vasitələrində gediş haqqının ödənilməsində istifadə olunur. Bu kart, yaxud başqa kart nə fərqi var. Mən onu bildirirəm ki, biz universal ödəmə kartlarına keçəcəyik. Nəqliyyatın bütün növləri üzrə elektron-kart ödəmə sistemi tətbiq olunacaq və kartlar müəyyən yerlərdə quraşdırılmış post-terminallar vasitəsilə doldurulacaq. Bu barədə hələ danışmaq bir az tezdir, amma bu istiqamətdə işlər gedir.

    - Sürücülər deyirlər ki, tıxaclarda, sərnişinlərin sıxlığı zamanı bu sistem işləməyəcək. Nə kartla ödəmə, nə də avtobusların intervalı üzrə hərəkət.

    - Elə bu sistem problemlərin aradan qaldırılması üçün düşünülüb. Məsələn, biz indi baxırıq ki, monitorda göstərilir ki, filan saylı avtobus 1 dəqiqədən sonra gələcək, lakin 5 dəqiqədən sonra gəlir. Səbəb isə yollarda təmir-tikinti işlərinin getməsi və yolların bağlı olması ilə əlaqədardır. Amma bu sistem tam gücü ilə işləyəndən sonra, avtobuslar vaxtında işləyəcək. Çünki, avtobusdakı monitor vasitəsilə mərkəzdən səsli və yazılı mətnlərlə xəbərlər göndəriləcək.

    - Ötən gün Nəqliyyat Nazirliyində müşavirə keçirildi. Həmin iclasda nədən danışıldı?

    - Orada işçi qrupunun hazırladığı layihələr barədə danışıldı. Bakı şəhərində yol hərəkəti qaydalarının icrasında müəyyən problemlər var. Həm avtomobillərin idarə edilməsində, həm də maşınları parklamada problemlər var. Yəni şəhərdə, yol ayrıclarında polislə birgə gördüyümüz işlər var. Harada tıxaclar çox olur, hara işıqfor qoymaq lazımdır, harada tunel, keçid tikilməlidir və s. məsələlər araşdırıldı.

    - İntellektual idarəetmə sistemində bəzi şeylər nəzərə alınır, amma əlillər nəzərə alınmır. Bu gün əlillərin nəqliyyatda hərəkəti üçün heç bir şərait yoxdur. Bu nə keçidlər tikilən zaman, nə də avtobusların gətirilməsi zamanı nəzərə alınmır. Bəzi avtobuslarda əlillərin istifadəsi üçün panduslar vardı, amma sürücülər onların söküldüyünü deyirlər.

    - Bəzi avtobuslar gətirilərkən orada panduslar var idi. Sökülməyib. Bəzi “MAZ” avtobuslarında indi də var. Amma, bəli, çoxunda bu yoxdur. Sizinlə razıyam. Ancaq dünyada əlillər üçün xüsusi avtobuslar istifadə edilmir axı.

    - Problemlərdən biri də, aeroport istiqamətində avtobusun işləməməsidir. Yalnız “28 May” metrosstansiyası yaxınlığından bu istiqamətdə avtobus işləyir, o da gec-gec.

    - Hələlik, başqa istiqamətlərdən aeroport istiqamətində avtobus açılması nəzərdə tutulmayıb. “28 May” metrosstansiyası yaxınlığından aeroport istiqamətinə 4 avtobus işləyir. Onların arasında yarım saatlıq interval olur. Hələlik, bu bəs edir.

    - Avtobus nömrələrinin dəyişdirilməsinə nə ehtiyac vardı?

    - Beynəlxalq maliyyə ekspertləri Bakıya gələndə hər şeyi sadə görməyi üstün tutdular. Bunu sadələşdirilmiş sistem kimi tətbiq etdilər. Şəhərdə 1-dən 99-a kimi avtobus nömrəsi tətbiq olunmalıdır, 99-dan o yana şəhərkənarı ərazilərə aid olacaq.

    - Tikinti məsələsilə bağlı da vəziyyət çox acınacaqlıdır. Əslində yol çəkilməsi, tunel, körpü tikintisi çox yaxşı haldır. Lakin bu tikintilər Bakıda yol infrastrukturunu tamam iflic edib. Bu tikintilər insanların sıx olmadığı vaxtlar, tətillər zamanı, yaxud, gecələr aparıla bilər?

    - Əslində, Nəqliyyat Nazirliyinin balansında olan tikililərdə bu prinsip qorunub-saxlanılır. Amma başqa tikintilər Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir və buna biz cavabdeh deyilik. Bu dəqiqə də tikdiyimiz ən iri yol qovşağında hərəkət üçün heç bir çətinlik yoxdur. Çünki bir məqsədimiz var, o da şəhərdəki tıxacların sayını azaltmaqdır.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31