 |
Şrift : |
|
 |
Tarix : | 17-01-2012, 10:55 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 172 dəfə |
Like : |
|
Like : |
|
|
Daha bir yenilik yol polisi avtomobillərindəki POS-terminallarla bağlıdır
Artıq Bakıdakı Yol Patrul Xidməti avtomobillərinin əksəriyyətində bort kompüterlərə rast gəlmək mümkündür. Yeni elektron məlumat bazası vasitəsilə hər bir sürücü və avtomobil vasitəsi barədə çox qısa müddətdə operativ şəkildə bütün məlumatları əldə etmək olar. Yeni cihazlar Bakıdakı Yol Patrul Xidməti avtomobillərinə quraşdırıldıqdan sonra bölgələrdə də həyata keçiriləcək. Daha bir yenilik isə yol polisi avtomobillərindəki POS-terminallarla bağlıdır. Belə ki, POS-terminallar vasitəsilə qayda pozuntusuna yol verən hər hansı sürücü cəriməni yerindəcə nağdsız şəkildə, plastik kartla ödəyə bilər. Bu şəkildə ödəmə zamanı sürücülərə ümumi məbləğin 10 faizi qədər endirim ediləcək. Qeyd edək ki, POS-terminallar vasitəsilə cərimələrin ödənilməsi hələlik kütləvi hal almayıb.
|