 |
Şrift : |
|
 |
Tarix : | 19-01-2012, 12:24 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 134 dəfə |
Like : |
|
Like : |
|
|
Bu gün Bakı və Abşeron yarımadasında yanvarın 19-da hava şəraitinin soyuq, küləkli keçəcəyi, axşam yağıntılı olacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava şəraitiinn arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 5-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 12-17 dərəcə şaxta təşkil edəcək.
|