 |
Şrift : |
|
 |
Tarix : | 21-01-2012, 11:05 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 155 dəfə |
Like : |
|
Like : |
|
|
Ötən axşamdan yağmağa başlayan qarın hündürlüyü artıq 1 metrə yaxınlaşıb
Lerikə güclü qar yağıb. Ötən axşamdan yağmağa başlayan qarın hündürlüyü artıq 80-90 santimetrə çatıb. Qarın ağırlığından Şingə-dulan kəndindəki elektrik yarımstansiyası qəza vəziyyətinə düşüb, onlarla elektrik dirəyi aşıb, naqillər qırılıb. 70-ə yaxın kənd işıqsız qalıb. Güclü qar həmçinin nəqliyyatın hərəkətini də iflic vəziyyətə saldığından yaşayış məntəqələrinin bir-biri ilə əlaqəsi kəsilib. Qar digər bölgələrdə də ciddi fəsadlar törətməsə də, bəzi çətinliklərə səbəb olub.
|