Rayonlarda yağan qarın qalınlığı 60-80 santimetrə çatıb

Şrift : |
Tarix :24-01-2012, 11:50
Bölmə : Sosial
Kömək :    
Baxılıb : 153 dəfə
Like :
Like :

    Güclü qar Yardımlı və Lerik rayonlarının elektrik enerjisi ilə təchizatında problemlər yaradıb

    Srağagün axşam saatlarından başlayan güclü qar yağıntısı Yardımlı və Lerik rayonlarında bir sıra problemlər yaradıb. Yardımlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Azər Xanıyevin verdiyi məlumata görə, yağan qarın hündürlüyü rayon mərkəzində 50 – 60 sm, ucqar ərazilərdə isə 70 – 80 sm təşkil edir. Masallı rayonundakı yüksək gərginlikli elektrik xətləri qəza vəziyyətinə düşdüyündən Yardımlı rayonu iki gündür ki, işıqsız qalıb. A. Xanıyev problemin həlli üçün təxirəsalınmaz tədbirlərin görüldüyünü, ağır texnikanın köməyi ilə rayon mərkəzindən kəndlərə gediş – gəlişin dünəndən bərpa olunduğunu bildirib.

    Güclü qar qonşu Lerik rayonunda da böyük fəsadlar törədib. Lerik Rayon Icra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, qarın qalınlığı şəhərdə 80 sm, dağlıq ərazilərdə isə 90 santimetrə çatıb. H. Məlikov qarın ağırlığından hər biri 35 kilovoltluq olan Lənkəran-Hamarat və Masallı-Telavar yüksək gərginlikli elektrik xətlərində qəzanın baş verdiyini, onlarla elektrik dirəyinin aşdığını, naqillərin qırıldığını bildirib. Nəticədə Lerik şəhəri də daxil olmaqla, rayonun 162 yaşayış məntəqəsi enerjisiz qalıb. Dünən axşam saatlarında isə şəhərə və 50-dən çox kəndə enerjinin verilişi bərpa edilsə də, hazırda daha 100-ə yaxın yaşayış məntəqəsi işıqsızdır. H. Məlikov enerjinin verilişinin bərpası istiqamətində tədbirlərin görüldüyünü qeyd edib.

    Güclü qar həmçinin nəqliyyatın hərəkətini də iflic vəziyyətə saldığından Lerikin yaşayış məntəqələri arasında əlaqə qismən kəsilib. Lənkəran – Lerik şose yolunda da maşınların hərəkətində problemlər yaşanıb. 43 saylı Lerik rayon Yol İstismar İdarəsinin əməkdaşları və ağır texnika yolların qardan təmizlənməsi işinə cəlb olunub. Hazırda hər iki rayonda hava sabitdir.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31