 |
Şrift : |
|
 |
Tarix : | 25-01-2012, 14:28 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 171 dəfə |
Like : |
|
Like : |
|
|
Azərbaycan sinoptikləri havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yayıb
Azərbaycan sinoptikləri ölkə ərazisində havanın kəskin soyuqlaşacağı barədə xəbərdarlıq yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanvarın 25-i axşamdan 29-u gündüzədək Bakı və Abşeron yarımadasında hava şəraitinin güclü küləkli və soyuq keçəcəyi gözlənilir.
Bu müddətdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Yanvarın 27 və 28-də bəzi ərazilərdə qarın intensivləşəcəyi ehtimalı var.
Yanvarın 26 və 27-də havanın temperaturunun gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir.
|