Azərbaycanda Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılıb
Bununla bağlı keçirilən tədbirdə məlumat verilib ki, ölkəmizdə əməyin mühafizəsi sahəsində hələ də çatışmazlıqlar var. Ötən il 211 insan əmək fəaliyyəti nəticəsində xəsarət alıb, 97 nəfər dünyasını dəyişib. Nəticədə belə insanların ailələri çətinliklə qarşılaşır ki, bu da əlavə sosial problemlər yaradır. Qeyd edək ki, Şurada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfedrasiyası və Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfedrasiyası təmsil olunur.