 |
Şrift : |
|
 |
Tarix : | 28-01-2012, 09:00 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 162 dəfə |
Like : |
|
Like : |
|
|
Bu barədə İdarənin rəisi Kamran Əliyev mətbuat konfransında bildirib
2011-ci ildə ölkə prezidentinin rəhbərliyi ilə kompleks tədbirlər həyata keçirilməklə, korrupsiyaya qarşı mübarizə mahiyyət etibarilə yeni müstəviyə keçib. Dövlət başçısının fərmanı ilə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi prokurorluq işçilərinin sayı 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılıb. İdarənin rəisi mətbuat konfransında həmçinin bildirib ki, rəhbərlik etdiyi qurumda ötən il vətəndaşlar tərəfindən edilən 1084 müraciətə baxılıb, 234 müraciət və məlumatdan 128-i üzrə cinayət işi başlanıb. Kamran Əliyev deyib ki, ötən il idarəyə digər hüquq-mühafizə orqanlarından cinayət xarakterli 30 məlumat daxil olub. Həmin məlumatlar əsasında araşdırma aparılaraq 25-i üzrə cinayət işi başlanıb, onlardan 15-i məhkəməyə göndərilməklə 5 cinayət işi üzrə hökm çıxarılıb, 10 iş məhkəmə baxışındadır. 2011-ci ildə 5 prokurorluq işçisi barəsində 4 cinayət işi başlanıb. Onlardan birinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilərək hökm çıxarılıb, 3-ü hazırda icraatdadır. Prokurorluq işçiləri barəsində idarənin daxili təhlükəsizlik xidməti tərəfindən aparılmış araşdırmalar nəticəsində 6 prokurorluq əməkdaşı intizam tənbehi ilə cəzalandırılıb, onlardan 1-i prokurorluq orqanlarından xaric edilib. Ötən il idarənin istintaq şöbəsində 287 cinayət işinin ibtidai araşdırması həyata keçirilib, 229 şəxs barəsində 142 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib. Əvvəlki illərlə müqayisədə 2011-ci ildə korrupsiya cinayətlərinin ən təhlükəli formalarından passiv rüşvətxorluq - rüşvət alma cinayətləri aşkar olunub və onların sayı əhəmiyyətli dərəcədə artıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "qaynar xətt"inə 2011-ci ilin martından ilin sonunadək 3578 müraciət daxil olub. Həmin müraciətlər üzrə aparılan təhlillər onu göstərir ki, bir sıra nazirlik, komitə və digər dövlət qurumlarında korrupsiya ilə mübarizə işinin kifayət qədər təşkil olunmaması vətəndaşlar arasında haqlı narazılıqların yaranmasına səbəb olur. Kamran Əliyev onu da bildirib ki, bu yaxınlarda qayda pozan sürücülərdən rüşvət aldıqları üçün daxili işlər orqanlarından xaric edilən yol polisləri haqqında cinayət işi açılıb. Hazırda iş üzrə istintaq aparılır. Tədbirin sonunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə QHT-lər arasında anlaşma memorandumu imzalanıb.
|