Bakıda sulu qar, qar gözlənilir, yollar buz bağlayacaq
Bu gün Bakıda və Abşeron yarımdaasından havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Milli.Az Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında yanvarın 31-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.