Bir ilə 11 faiz bahalaşma qeydə alınıb

Şrift : |
Tarix :14-02-2012, 17:40
Bölmə : Sosial
Kömək :    
Baxılıb : 134 dəfə
Like :
Like :

    İTM: “Bu ilin ilk ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,26 faiz artıb”

    İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə Azərbaycanın 10 regionunda 2012-ci ilin yanvar ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini təqdim edir. İTM İctimaiyyətlə əlaqələr departamentindən ANS PRESS-ə verilən məlumata görə, aparılmış statistik müşahidələrin nəticələrinə görə, cari ilin ilk ayı ərzində Azərbaycanda istehlak qiymətləri 0,26 faiz artıb. Bu zaman ərzaq məhsulları 0,81 faiz artıb, qeyri-ərzaq məhsulları 0,87 faiz azalıb, xidmətlər isə 0,23 faiz bahalaşıb.

    2011-ci ilin dekabrına nisbətdə bu ilin yanvar ayı ərzində paytaxt və regionlar üzrə istehlak qiymətləri indeksinin dəyişməsinə gəlincə, Bakıda qiymətlər 0,46 faiz, regionlarda 0,07 faiz artıb. O cümlədən ərzaq məhsulları Bakıda 1,43 faiz, regionlarda 0,20 faiz bahalaşıb, qeyri-ərzaq məhsulları Bakıda 1,48 faiz, regionlarda isə 0,26 faiz ucuzlaşıb. Xidmətlərin dəyəri ay ərzində Bakıda 0,36 faiz, regionlarda 0,11 faiz artıb. İlin ilk ayında ən çox taksi xidməti (20,39 faiz), alma (16,52 faiz), sümüklü qoyun əti (4,97 faiz), manna yarması (2,25 faiz) bahalaşıb. Ucuzlaşma isə göyərti (12,74 faiz), lumu (8,84 faiz) və digər məhsullarda qeydə alınıb.

    Ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə 10,41 faiz bahalaşma qeydə alınıb. Bu zaman Bakıda qiymətlər 13,66 faiz, regionlarda isə 7,21 faiz artıb. Qeyd olunan dövrdə ən yüksək inflyasiya yenə ərzaq məhsullarında (17,19 faiz) olub. Qeyri-ərzaq məhsullarında artım 0,85 faiz, xidmətlərdə isə 5,64 faiz təşkil edib.

    İTM ekspertləri eyni zamanda 10 regionda qeydə alınan qiymətlər və Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlər əsasında yanvar ayı üzrə minimum istehlak səbətinin dəyərini də hesablayıblar. Həmin hesablamalara əsasən, ay ərzində Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 169,42 manat, pensiyaçılar üçün 153,08 manat, 0-14 yaşlı uşaqlar üçünsə 212,24 manat təşkil edib. Ötən ay əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 105,21 manat, pensiyaçılar 95,01 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 120,84 manat xərcləməli olub. Ay ərzində bazardakı qiymətlərlə əhalinin qeyri-ərzaq məhsullarına çəkdiyi minimum xərcləri işləyən əhali üçün 38,73 manat, pensiyaçılar üçün 35,46 manat, 0-14 yaşlı uşaqlar üçün 73,30 manat, xidmət xərcləri isə müvafiq olaraq 25,48 manat, 22,61 manat və 17,73 manat təşkil edib.

    Xatırladaq ki, “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanun əsasında ölkədə 2012-ci il üçün yaşayış minimumu 108 manat, əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat məbləğində müəyyən edilib.


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

19.05.2012 ~ Bakıda turistlər üçün kazinolar açılıb

19.05.2012 ~ Zaqataladan zəlzələ ilə bağlı açıqlama gəldi

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31