 |
Şrift : |
|
 |
Tarix : | 22-09-2011, 12:00 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 353 dəfə |
Like : |
|
Like : |
|
|
Kadrlar şöbəsinin müdirinin vakant yerləri satdığı iddia edilir
Təhsil Nazirliyində müəllimlərin vakant yerlərə keçirilən müsabiqəsi ərəfəsində üç müavinin vəzifədən qovulması təsadüfi deyildi. Nazirlikdə söz sahibi olan bu şəxslərin korrupsiya və rüşvətə görə vəzifələrindən uzaqlaşdırılması da sirr deyil. Eyni zamanda bu şəxslərin təhsil naziri Misir Mərdanova qarşı klan təşkil etməsi faktları da istisna edilmir. Qeyd edək ki, nazirlik bu komandaya daxil olan şəxslərdən hələ də qurtula bilməyib. Bu şəxslərdən birinin də nazirliyin kadrlar şöbəsinin müdiri Fərzəli Qədirovun olduğu bildirilir. Hazırda Fərzəli Qədirovun adı rüşvət və maxinasiya kimi ciddi problemlərdə hallandırılır. 7GUN.AZ-a daxil olan məlumatda bildirilir ki, kadrlar şöbəsinin müdiri cari ildə keçirilən vakant müsabiqələrində külli miqdarda rüşvət alıb. Onun vakant yerləri imtahan nəticələrindən “razı” qaldığı şəxslər arasında bölüşdürdüyü də bildirilir. Nazirliyə yaxın mənbə bildirir ki, Fərzəli Qədirov müsabiqə müddətində Misir Mərdanovu da aldada bilib. Bu barədə nazirliyin digər əməkdaşları da məlumatlı olduğundan Fərzəli Qədirovun işinə qarışa bilməyəcəyini etiraf ediblər. Kadrlar şöbəsinin müdirinin əməlləri barədə kifayət qədər faktların olduğunu deyən mənbə onu da bildirir ki, əslində, o, bu işləri təkbaşına həyata keçirmir. Bu işdə ona nazirliyin xanım əməkdaşlarından biri yardım edir və müəllimlərin müsabiqədənkənar işə qəbulunu həmin xanım həyata keçirir.
7GUN.AZ
|