 |
Şrift : |
|
 |
Tarix : | 22-09-2011, 12:07 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 477 dəfə |
Like : |
|
Like : |
|
|
Hollivud ulduzu Demi Murun "Vaity Fair" jurnalı üçün çəkdirdiyi çox məşhur fotosunu lağa qoyub
Britaniyalı komik Conni Veqas ən müxtəlif obrazları və rolları ilə məşhurdur. İndi isə o, lüt soyunaraq hamilə qadın obrazında şəkil çəkdirib. 40 yaşlı komik məşhur amerikalı aktrisa, Hollivud ulduzu Demi Murun "Vaity Fair" jurnalı üçün çəkdirdiyi çox məşhur fotosunu lağa qoyub. 48 yaşlı aktrisa qızı Skaut LaRuya hamilə qalanda hamiləliyin 7-ci ayında, 1991-ci ildə "Vanity Fair" üçün çılpaq poza vermişdi. Veqas da Murun pozasını təkrarlayıb və indi həmin foto Britaniyanın Milli Portret qalereyasında nümayiş olunur. Qalereyada Veqasın başqa obrazlarda, o cümlədən 1970-ci illərin məşhur ingilis komikləri Beni Hill, Mett Lukas və Les Douson obrazlarında çəkdirdiyi fotolar da var.
7GUN.AZ
|