 |
Şrift : |
|
 |
Tarix : | 26-09-2011, 16:33 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 235 dəfə |
Like : |
|
Like : |
|
|
Bu gün Bakı dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsi bir qrup etirazçılar tərəfindən bağlanıb. ANS TV-nin məlumatına görə, təxminən 10 dəqiqəyə yaxın bağlı qalan yol sürücülərin tələbi əsasında açılıb. Məlum olub ki, yolun bağlanmasına səbəb piyada keçidinin olmamasıdır. Adı çəkilən ərazidə 1000-ə yaxın ailə yaşıyır və onların tək problemi ərazidə piyada keçidinin olmamasıdır. Avtomobillərin yüksək sürətlə şütüdüyü bu yol məktəblilərin məktəbə getməsi üçün də ciddi əngəldir. Dəfələrlə bu yolda insan ölümü ilə nəticələnən hadisə baş verib ki, bu da çoxlarının gözünü qorxudub. Şikayətçilər iddia edir ki, heç bir rəsmi qurum nə onların şikayətlərini, nə də həyatları üçün təhlükəni nəzərə alır. Əks halda, ölüm yolu kimi tanınan bu yola bir əncam çəkərdilər. Düzdür, sakinlərə bu ərazidən keçidin inşa olunacağı ilə bağlı vəd veriblər. Amma verilən vəd elə vəd olaraq da qalır. Nəliyyat Nazirliyinin katibliyinin müdiri Namiq Həsənov məsələ ilə maraqlanacaqlarını bildirib.
7GUN.AZ
|