 |
Şrift : |
|
 |
Tarix : | 29-09-2011, 13:32 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 359 dəfə |
Like : |
|
Like : |
|
|
Osman Gündüz: “Hökumət tamaşaçıya güzəşt etməlidir”
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli sentyabrın 27-də bəyan edib ki, 2012-ci ildən etibarən ölkədə analoq yayım dayandırılacaq. Bu da var ki, rəqəmsal yayım zamanı televizorların böyük əksəriyyətinin yeni cihazlara - dekoderlərə ehtiyacı olacaq. Yəni analoq televizorları rəqəmsal yayıma uyğunlaşdırmaq lazım gələcək. Bu da təxminən 30-40 manat edir. Təxminən 600-700 manat olan plazma televizorlardan başqa yerdə qalanların hamısının dekoderə ehtiyacı olacaq. Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz belə deyir. O əlavə edir ki, 300-400 manata olan plazma televizorların belə yeni cihaza ehtiyacı ola bilər. Media Hüquqları İnstitutunun koordinatoru Xalid Ağəliyev deyir ki, bu sistemə keçiddən sonra evlərdəki televizorlar sadəcə gərəksiz qutuya çevrilə bilər: «Bizim istifadə etdiyimiz televizorların böyük əksəriyyəti - 70-80 faizi rəqəmsal yayım siqnallarını qəbul edəcək xüsusiyyətlərə malik deyil. Bu da xərcdir. Ola bilsin Bakıda müasir televizorlar çoxdur, amma bölgələrdə vəziyyət fərqlidir». Amma Bakıdakı elektron mallar mağazasının satış meneceri Şəfiqə Talıbova deyir ki, hər şey qiymətdən asılı deyil. Məsələn, elə televizor var ki, cəmi 439 manatdır, amma ona dekoder lazım deyil: - «Samsung» da var, «LG» də var, «Toshiba»lar da gələcək, inşallah. - Yəni, dekoder qoşmaq lazım deyil? - Yox, yox. Şəfiqə Talıbova deyir ki, bundan sonra onlar ancaq rəqəmsal sistemə uyğun televizorlar sifariş edəcəklər. Elə Osman Gündüz də düşünür ki, hökumət bu yöndə Gömrük Komitəsinə tapşırıq verməlidir. Üstəlik də rəqəmsal yayımla bağlı hər ölkənin öz standartı var və Azərbaycan da öz standartını müəyyənləşdirməlidir ki, nə satan, nə də alan sonradan uduzsun... (Azadliq Radiosu)
7GUN.AZ
|