 |
Şrift : |
|
 |
Tarix : | 3-10-2011, 14:16 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 225 dəfə |
Like : |
|
Like : |
|
|
Əsas zəhər mənbəyi Gürcüstan və Ermənistandan gəlir
Sentyabrın III ongünlüyündə Kürdə suyun sərfi sentyabr ın II ongünlüyünə nisbətən 35,2 m3/san artaraq 129 m3/san təşkil edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata əsasən, Kürdə Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Sentyabrın III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, I Şahsevən və Bəhramtəpə məntəqələrində fenollar 3, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Suyun oksigen rejimi bütün məntəqələrdə 4.80-5.61 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
7GUN.AZ
|