Niyə zəhərlənirik?

Şrift : |
Tarix :3-10-2011, 15:46
Bölmə : Sosial
Kömək :    
Baxılıb : 281 dəfə
Like :
Like :

    Zəhərlənmə hadisələri məişət şəraitində hazırlanan qidalardan olub

    Azərbaycanda qida zəhərlənməsi hallarının artmasının əsas səbəbi məişət şəraitində hazırlanan qidaların düzgün saxlanılmaması ilə bağlıdır.
    Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib ki, bu il ərzində iaşə obyektlərində qida zəhərlənməsi hallarının baş verməsi qeydə alınmayıb. Zəhərlənmə hadisələri məişət şəraitində hazırlanan qidalardan olub.
    Onun sözlərinə görə, qida zəhərlənməsindən qorunmaq üçün ərzaqların və qidaların saxlanma qaydalarına riayət etmək lazımdır.
    Abdullayev deyib ki, bəzən evdə soyuducunun tez-tez açılıb bağlanması soyudulma sisteminə təsir göstərir. Nəticədə soyuducu yaxşı soyutmur, onun temperatur rejimi düzgün olmur. Soyuducuda saxlanılan məhsulun çıxarıldıqdan sonra bir neçə saat kənarda saxlanılması, daha sonra yenidən soyuducuya qoyulması da düzgün deyil. Çünki bu, məhsulun keyfiyyətinin aşağı düşməsinə təsir göstərir. Bütün bunlar isə öz növbəsində qida zəhərlənməsi hallarının baş verməsinə imkan yaradır.
    Bölmə müdiri qeyd edib ki, soyuducuya qoyulmuş bəzi qidaları yemək istədikdə onları 80-90 dərəcəyə qədər qızdırmaq lazımdır. Buna riayət edilmədikdə və qida yaxşı qızdırılmadıqda mikroorqanizmdə olan mikrobların inkişafına şərait yaranır.
    Abdullayev hesab edir ki, qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərini gücləndirmək lazımdır.
    Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda 707 qida zəhərlənməsi hadisəsi baş verib və nəticədə 816 nəfər zəhərlənib. Ötən il isə ölkədə 644 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 768 nəfər zəhərlənib.

    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ Şabranda 13 yaşlı qız özünü asdı

23.05.2012 ~ “Əl-Qaidə” ABŞ-a qarşı “elektron cihad”a başlayır

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31