 |
Şrift : |
|
 |
Tarix : | 6-10-2011, 15:51 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 401 dəfə |
Like : |
|
Like : |
|
|
Yeni bulvar Hüseyn Cavid bağına qədər uzanacaq
2030-cu ilədək Bakının mərkəzində Heydər Əliyev adına saraydan Hüseyn Cavid parkınadək uzanan bulvar zolağı salınacaq. Bunu jurnalistlərə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov bildirib. "Hazırda Füzuli küçəsinin kənarı ilə bulvar zolağının birinci hissəsi tikilir. O Heydər Əliyev adına saraydan Azərbaycan Dram Teatrının binasınadək uzanacaq. Sonralar, Bakının mərkəzinin ətraflı planına uyğun olaraq, zolaq Hüseyn Cavid parkınadək çəkiləcək", - Dövlətxanov deyib. Onun sözlərinə görə, Bakının mərkəzində nəqliyyatla bağlı ciddi problemlərin mövcud olması nəzərə alınaraq, bütün yeni ictimai obyektlər tikilərkən yeraltı dayanacaqlar da inşa ediləcək. "Bu, Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə daxildir. Hazırda onlarda bizimlə razılaşdırılmış, eləcə də bu bulvar altında dayanacağın tikintisi ilə bağlı çoxlu variantlar var. Hazırda yeraltı işlər həyata keçirilir. Nazirlik onları başa çatdırandan sonra biz üst hissənin abadlaşdırılmasına keçəcəyik", - Dövlətxanov deyib. Onun sözlərinə görə, belə zolağın salınması haqqında qərar Bakı şəhərinin bundan əvvəlki planında da qeyd olunub. "Bu zolaq Dənizkənarı Milli Parkın alternatividir. Bakıda qısamüddətli istirahət zonaları çox azdır", - Dövlətxanov bildirib.
7GUN.AZ
|