Naxçıvanda mollalar qeydiyyatdan keçdi

Şrift : |
Tarix :19-10-2011, 16:22
Bölmə : Sosial
Kömək :    
Baxılıb : 284 dəfə
Like :
Like :

    Attestasiyadan keçən 24 ruhaniyə vəsiqələr təqdim olunub

    Naxçıvanda dini mərasimləri aparacaq 24 ruhaninin fəaliyyəti rəsmiləşdirilib. Qafqaz Müsəlmanları İdarəsinin fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə bildirib ki, Naxçıvanda attestasiyadan keçən 24 ruhaniyə vəsiqələr təqdim olunub. Onun sözlərinə görə, muxtar respublikada 77 nəfər ruhaninin attestasiyadan keçirilməsi nəzərdə tutulsa da, onlardan 30-u attestasiyada iştirak edib.
    Attestasiyadan keçirilən ruhanilərdən altısının bilikləri qeyri-məqbul qiymətləndirilib və onlara 3 aydan 6 ayadək hazırlaşmaq üçün əlavə vaxt verilib. Bu müddət başa çatandan sonra onlar təkrar attestasiyadan keçiriləcəklər.
    Attestasiyadan keçən 11 nəfərə imam, 13 nəfərə dini ayinlərin icraçısı vəsiqəsi təqdim olunub.
    Üzrlü səbəblərdən attestasiyada iştirak etməyən ruhanilər üçün yenidən attestasiya keçiriləcək.
    Attestasiyanın 3 kateqoriya üzrə (molla, axund və imam) aparıldığını deyən Seyidzadə bildirib ki, ruhanilərin "Quran"ı bilmələri mütləqdir.
    Mollalar cənazə namazını, dəfn mərasimlərinin qaydalarını, axundlar və imamlar isə nikah, talaq (boşanma) mərasimlərini, irsi bölgülərin aparılması qaydalarını, ailədəki problemlərin şəriət qaydaları ilə həllini bilməlidirlər.
    Seyidzadə bildirib ki, Həcc ziyarətindən sonra Salyan, Neftçala və Sabirabad ruhanilərinin attestasiyası aparılacaq.
    Bundan əvvəl Biləsuvar, Cəlilabad, Masallı, Astara, Lerik və Lənkəranda ruhanilər attestasiyadan keçirilib.
    Şöbə müdirinin sözlərinə görə, attestasiyadan keçməyən ruhanilər dini mərasimlərdə iştirak edəcəkləri halda inzibati qaydada cəzalandırılacaqlar.
    "Attestasiyadan keçən ruhanilərin siyahısı rayon icra hakimiyyətlərinə təqdim ediləcək. Attestasiyadan keçməyənlər dini mərasimlərdə iştirak edə bilməzlər. Belə faktlar aşkarlanarsa, onlar barəsində inzibati cəza tədbirləri görüləcək", - Seyidzadə deyib.
    QMİ rəsmisi bildirib ki, attestasiyanın aparılmasında əsas məqsəd Bakı İslam Universitetinin məzunlarını bu sahəyə cəlb etməkdir. Çünki onlar bu prosedurların aparılmasında təcrübəyə və təhsilə sahibdirlər.


    7GUN.AZ


Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed
 

Axtarış...

DİQQƏT!

Xəbər lenti

23.05.2012 ~ Şabranda 13 yaşlı qız özünü asdı

23.05.2012 ~ “Əl-Qaidə” ABŞ-a qarşı “elektron cihad”a başlayır

23.05.2012 ~ BAKI DƏMİRYOL XƏSTƏXANASINDA RƏZALƏT

23.05.2012 ~ NEFTÇALA YAP-çıları ACLIQ AKSİYASINA BAŞLADI

23.05.2012 ~ Azəri qızı Günelə 9 ay həbs verildi ŞOK

22.05.2012 ~ İsa Qəmbər xarici telekanala müsahibə verdi – FOTOLAR

22.05.2012 ~ Səfər Əbiyevdən növbəti məğlubiyyət

22.05.2012 ~ Təhsil şöbəsində “yaz yığımı”

22.05.2012 ~ Zeynəb Xanlarovadan önəmli açıqlamalar

22.05.2012 ~ Keçmiş “first lady“nin eşq macəraları

22.05.2012 ~ Medvedyev yeni hökumətini açıqladı

22.05.2012 ~ Azərbaycana yeni beynəlxalq aviareys açılır

22.05.2012 ~ Bu gün külək və yağış gözlənilir

22.05.2012 ~ 30 yaşlı gənc qətlə yetirilib

22.05.2012 ~ Azərbaycan prezidenti Britaniya baş naziri ilə görüşüb

22.05.2012 ~ Dünyanın aparıcı KİV-ləri rəsmi Bakının "Eurovision"la bağlı səsləndirdiyi fikirlərə geniş yer ayırıb

22.05.2012 ~ Yeni futbol mövsümü avqustda başlaya bilər

22.05.2012 ~ “Camaat “Eurovision”a yox, mənə baxır, məni gözləyir”

21.05.2012 ~ Dinozavr skeleti hərracda fantastik məbləğə satıldı

21.05.2012 ~ Qardaş bacısını ərsiz qoydu

21.05.2012 ~ “Euro” və “Vision” dovşanları

20.05.2012 ~ Vicdan məhbusunu karserə saldılar

20.05.2012 ~ Günay Musayevanın oğlunun şəkli yayıldı

20.05.2012 ~ Kürdəmirdə ağır yol qəzası baş verib

20.05.2012 ~ Azərbaycanlı iş adamı Bodrumda otel tikəcək

20.05.2012 ~ Azərbaycan tələbə kartının təqdimatı olub

20.05.2012 ~ II Yelizaveta hakimiyyətə gəlməsinin 60 illiyini qeyd edir

20.05.2012 ~ 73 yaşlı nənə Everesti fəth etdi

20.05.2012 ~ “Dağılmış evlərin sökülməsi istiqamətində artıq işlər başlayıb”

20.05.2012 ~ Avropanın ən güclüsü “Çelsi” oldu

20.05.2012 ~ Prezident İlham Əliyev Abdullah Güllə görüşüb

20.05.2012 ~ Baş redaktor oxuculardan üzr istədi

19.05.2012 ~ Yunanıstandan “Neftçi”yə məktub gəldi

19.05.2012 ~ Əcnəbi jurnalistlərin məxməri girovluğu

19.05.2012 ~ İcra başçısı Razim Məmmədov insanlara zülm edir

Təqvim

«    May 2012    »
BeÇaÇəCaŞəBa
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31