 |
Şrift : |
|
 |
Tarix : | 20-10-2011, 13:49 |
Bölmə : |
Sosial |
Kömək : |
|
Baxılıb :
| 293 dəfə |
Like : |
|
Like : |
|
|
Bayram Hüseynzadə: “Jurnalistlər hansı məktəbdə istəsələr, orada yoxlamalar aparılacaq”
Təhsil Nazirliyi Baki Şəhər Təhsil İdarəsi ilə birgə paytaxt məktəblərində reydlərə başlayıb. Bu barədə 7GUN.AZ saytına məlumat daxil olub. Bildirilir ki, ilk reyd bu gün Nərimanov rayonunun bir neçə məktəbində həyata keçirilib. Əsasən dərsə davamiyyətin hansı səviyyədə olduğunu öyrənmək məqsədi ilə keçirilən reyd zamanı məlub olub ki, vəziyyət əvvəlki kimi deyil. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadənin sözlərinə görə, yoxlama zamanı şagirdlərin təqribən 95 faizinin dərslərdə iştirak etdiyi bəlli olub: ”Bu göstərici qənaətbəxş sayılır. Bu cür reydlər Bakı şəhərinin bütün məktəblərində həyata keçiriləcək. Jurnalistlər hansı məktəbdə istəsələr, orada yoxlamalar aparılacaq. Yəni bu reydlər məktəb müdiriyyətinə xəbərdarlıq edilmədən keçiriləcək”.
7GUN.AZ
|